22:58 Bazar Ertəsi, 18 Noyabr 2019
SOSİAL

"Mitinqin qarşısı tərəfimizdən qətiyyətlə alınacaq” - Bakı polisindən açıqlama

17:17, 15.10.20196521
"Qanunvericiliyə uyğun olaraq, paytaxtda Bakı Şəhər İcra Hakimiyyətilə razılaşdırılmayan istənilən siyasi aksiyanın, yaxud mitinqin qarşısı tərəfimizdən qətiyyətlə alınacaq”.

Bunu AZXEBER.COM-a Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

O vurğulayıb ki, yığıncaqların, mitinqlərin, nümayişlərin, küçə yürüşlərinin və piketlərin təşkilinin və keçirilməsi qanunla müəyyən edilir: "Polis yalnız qanunvericilik çərçivəsində paytaxtda hüquq qaydasının təmin olunmasında üzərinə düşən vəzifələri həyata keçirəcəkdir”.
XƏBƏR LENTİ