xari

Mobil Ödəmə xidməti ilə bağlı növbəti yenilik

İQTİSADİYYAT
15:57 20.11.2020
366
Ölkənin lider mobil operatoru "Azercell Telekom” bütün abunəçilərinin işini asanlaşdıran "Kabinetim” tətbiqi çərçivəsində Mobil Ödəmə xidməti ilə bağlı növbəti yeniliyi təqdim edir. Belə ki, ilin əvvəlində Sim-Sim abunəçiləri üçün istifadəyə verilən Mobil Ödəmə xidməti artıq Azercell Fakturalı Xətt abunəçiləri üçün də mümkün oldu.

Rəqəmsal həlləri daha da əlçatan etməyi hədəfləyən Azercell bu gunə qədər "Kabinetim” mobil tətbiqi ilə bir sıra yenilikləri abunəçilərinin ixtiyarına verib. Bunlardan biri və gələcək inkişaf baxımından xüsusilə önəmli olanı Mobil Ödəmə xidmətidir. Mobil Ödəmə xidməti nağd puldan, ödəmə kartından istifadə etmədən yalnız mobil telefon nömrəsinin balansından  vacib gündəlik ödəmələri həyata keçirməyə imkan verir.

Azercell-in Mobil Ödəmə xidməti gündəlik həyatın bir çox sahələrini əhatə edir. Abunəçilər sadəcə Azercell balansı hesabına heç bir əlavə prosedurdan keçmədən kommunal (qaz, elektrik enerjisi, su, istilik) xərclərini ödəyirlər. Burada, həmçinin, internet və kabel televiziya xidmətlərinin haqqını ödəmək, eləcə də, E-İmza, stasionar telefon rabitəsi xidmətləri üçün ödəniş etmək imkanı yaradılıb. Mobil Ödəmə vasitəsilə, həm də, digər Azercell abunəçilərinin balansını artırmaq, müxtəlif əyləncəli oyunların hesabına pul yatırmaq mümkündür.

Mobil Ödəmə xidmətinin təqdim etdiyi ən son əhəmiyyətli imkanlardan biri də Azercell abunəçilərinin "Silahlı Qüvvələrə Yardım Fondu"-na birbaşa ianə etmək imkanının mümkünlüyü oldu. Eyni zamanda, bu xidmətdən istifadə etməklə qlobal cəmiyyətin mühüm problemi olan "Koronavirusla Mübarizəyə Dəstək Fondu"-na da ianə etmək olar.

Qeyd edək ki,  xidmətdən istifadənin digər şərtləri ilə Azerell-in rəsmi saytı, eləcə də tətbiq vasitəsilə Mobil Ödəmə Xidmətindən istifadə qaydaları bölməsindən tanış olmaq mümkündür.

Bank və mobil şəbəkələrin birləşməsindən irəli gələn yeni rəqəmsal yanaşma təklif edən Mobil Ödəmə layihəsi çərçivəsində xidmətlərin sayının genişləndirilməsi, xidmət spektrinin artırılması və digər servislərdən istifadə üçün şərait yaradılması nəzərdə tutulur. Mobil Ödəmə xidməti abunəçilərə Azercell-in "Kabinetim" mobil əlavəsinin tərkibində təqdim olunur.  "Kabinetim” tətbiqi abunəçiyə öz nömrəsinə tam nəzarət etmək, nömrə ilə bağlı əməliyyatları idarə etmək, ödəmələri həyata keçirmək, Azercell tətbiqlərinə abunə olmaq imkanını yaradır. "Kabinetim”-lə balansı artırmaq, internet paketləri və rominq internet paketlərini aktivləşdirmək, tarif paketini dəyişmək və bir çox başqa əməliyyatları rahatlıqla icra etmək olar. Azərbaycan, rus və ingilis dillərini dəstəkləyən "Kabinetim” tətbiqi üzərindən onlayn çat vasitəsilə Azercell müştəri xidmətlərinə müraciət etmək və QR skan ilə xidmətlərə qoşulmaq da mümkündür.

Daim təkmilləşən və funksionallığı artırılan "Kabinetim” tətbiqini "App Store” və ya "PlayStore”dan yüklənilir. Tətbiq avtomatik yenilənməyibsə, yükləmə üçün bit.ly/Kabinetim keçidindən istifadə etmək olar.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

22:23 15.01.2021

Belçikada itkin düşən azərbaycanlı müəllimin meyiti tapıldı - FOTO

22:23 15.01.2021

Vilayət Eyvazovdan yeni TƏYİNAT

21:54 15.01.2021

Qənirə Paşayeva “Qarabağ” Ordenli şəhid mayorun xanımı ilə görüşüb

21:28 15.01.2021

Azərbaycan XİN:"Ermənistan beynəlxalq məhkəmələr qarşısında cavab verməlidir"

20:56 15.01.2021

İqtisadi Şuranın növbəti iclası keçirilib

20:29 15.01.2021

Prezident: Əminəm ki, Polad gəlib atasının evini bərpa edəcəkdir – VİDEO

20:07 15.01.2021

BMT: Dünya pandemiyadan əvvəlki vəziyyətə qayıtmayacaq

19:49 15.01.2021

İlham Əliyev: “Azərbaycan xalqı əsrlərboyu azadlıq, müstəqillik eşqi ilə yaşayıb”

19:32 15.01.2021

İlham Əliyev, Mehriban Əliyeva və qızları yenidən Cıdır düzündə olublar - FOTOLAR

19:30 15.01.2021

İlham Əliyev: "Dünən gecə Şuşada qalmağa qərar verdik"

19:18 15.01.2021

Prezident Cıdır düzündə paxlava ilə çay içib: "Dostlarımız sevinsin, düşmənlərin gözü kor olsun!"

19:04 15.01.2021

“Azəriqaz”: Heç bir abonentə sərfiyyatdan artıq borc yazılmır

18:43 15.01.2021

Ceyhun Bayramovun finlandiyalı həmkarı ilə telefon danışığı olub

18:29 15.01.2021

Bayden pandemiyaya görə amerikalılara ödənən pulu artırmağı təklif etdi

18:18 15.01.2021

Monitorinq mərkəzində 60 Rusiya və 60 Türkiyə hərbçisi xidmət edəcək - Çavuşoğlu

17:49 15.01.2021

Azərbaycan və Rusiya XİN başçıları Qarabağla bağlı məsələni müzakirə etdilər