01:02 çərşənbə Axşamı, 10 Dekabr 2019
Maqazin

Fotosuna görə təhqir olunan model danışdı: Hamı yazır ki, nə gözəlsiz - VİDEO

18:13, 03.09.201922640
Fotosuna görə təhqir olunan model danışdı: Hamı yazır ki, nə gözəlsiz - VİDEO
Bir neçə gün öncə "The Best of Azerbaijan" adlı mükafatlandırma gecəsində səhnəyə başında tacla çıxan model Aygün Babayevanın fotoları sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Əksər sosial şəbəkə istifadəçiləri onun gözəl olmadığını yazaraq, A.Babayevanı məsxərəyə qoyublar.

Aygün Babayeva məsələylə bağlı AZXEBER.COM-a müsahibə verib.

- Aygün xanım, özünüz haqda oxucularımıza məlumat verərdiz...

- Mən Aygün Babayeva Tərlan qızı 1996-ci ildə anadan olmuşam. Özüm 8 ildir ki, voleybolla peşəkar səviyyədə məşğulam. Model kimi də fəaliyyət göstərirəm.  

 
- Bir anda sosial şəbəkələrdə fenomenə çevrildiz. Bu necə baş verdi?
 
- Bu baş verənlərdən xəbərsiz idim. Bir də gördum ki, sosial şəbəkələrdə hər kəs şəkillərimi paylaşır və yazır ki, yarışın qalibi olmuşam. Əslində isə o gözəllik müsabiqəsi deyildi, mükafatlandırma mərasimi idi. Mən orada sadəcə mükfatları təqdim edirdim. İnsanları aldadan mənim boynumdakı lent və başımdakı tac olub. Onları da model standartlarına uyğun olsun deyə geymişdim. Bir anda hər kəs məni tənqid və təhqir etdi. Səhər saat 5-ə qədər yatmamışam, bu şərhlərə gülüb, keçirəm. 
 
- Yaxınlarınız, ailəniz bu şərhləri necə qarşıladı?

- Ailəm və yaxınlarım məni gözəl tanıyır. Necə qız olduğumu, xarakterimi və tərbiyəmə bələddilər. Onlar mənə məsləhət gördü ki, telefonu söndür, kənara qoy və get yat. Onsuz bizim camaat tənqiddə, təhqirdə birincidir. Bizə düşmən lazım deyil. Mən biraz insanlardan fərqlənirəm. Çünki boyum uzundu deyə bir az qəribə yanaşırlar. Şəhərə çıxanda insanlar baxır, söz deyirlər. Amma belə pis sözləri görəndə təəccübləndim. Pis şərh yazanlar səhifəmə girib baxırlar və deyirlər ki, nə gözəl xanımsız, biz sizi səhv tanımışıq. Səhifələrdə məni tənqid, təhqir edənlə, direktə xoş sözlər yazırlar. Dünəndən nə qədər adam mənim səhifəmə gəlib və məni tərifləyib. 
 
- Model olmaq üçün kifayət qədər boyunuz var. Ancaq üz quruluşunuza görə tənqid olunursuz...

- Mənim kimi uzun boy xanımlar azdı. Bizim millət silikonlu dodaqlara, botoks sifətə, estetik modellərə 
öyrəşib. Ona görə də mənim kimi insanı qəbul edə bilməyiblər. Mən sadə qızam, indi də makiyajsızam. Sevmirəm, belə şeyləri. 

- Tənqidlərdən sonra model kimi fəalliyətinizi dayandırmaq haqda düşünmüsüz?

- Əlbəttə ki, xeyr. Hazırda bir gözəllik yarışmasındayam. Yarımfinala vəsiqə qazanmışam. İnsanların dedikləri məni fikrimdən döndərə bilməz. Model kimi fəaliyyətimi davam etdirəcəm. 
 
- Sanki modellik məşhurluğa gedən qısa yoldur...

- Bizim xanımlarımızın çoxu modelliyə meyillidir. Bədən quruluşu bərbad olan, kilolu xanımlar fotomodel kimi fəalliyyət göstərirlər. Ancaq məndə belə deyil. Bir az artıq çəkim var, ancaq boyum modellik üçün idealdır. 
 
- Sizi tənqid edənlərin çoxusu xanımlar idi. Sizcə bu paxıllıqdandır yoxsa? 

- Razıyam, bəzi qızlar yazır ki, mən buna baxanda dünya gözəliyəm. Məni tənqid edən xanımlara demək istəyirəm ki, gedib yarışlara qatılsınlar. Görək kastinqdən keçə biləcəklər yoxsa yox? Klaviatura qarşısında oturub, nəsə yazmaq çox asandır.

 
- Bəzən iddia edirlər ki, gözəllik müsabiqlərində qalibləri maddiyat qarşılığında birinci edirlər...

- Ola bilər ki, hansısa şirkətlər elə edir. Amma mən qatıldığım yarışda onu görmədim. Qatıldığım yarışda da məni münsiflər seçib və hazırda yarımfinaldayam. 
 
- Son olaraq nə demək istərdiz?

- Mən idmançıyam deyə bir az iri görünə bilərəm. Model 90 - 60- 90 bədən quruluşuna sahib olmalıdır. Çox adam yazır ki, üzü cirkindi. Ancaq mən belə düşünmürəm, sadəcə makiyajdan istifadə etməmişəm deyə bəlkə buna görə elə düşünüblər. Ümumiyətlə, model olmaq üçün üz cizgilərin və bədən quruluşun uyğun olmalıdır. Mənim də standartlarım buna uyğun gəlir deyə model kimi çalışıram. 
 

XƏBƏR LENTİ