21:04 çərşənbə, 22 May 2019
TOP4

Moskvada çeçenlərlə azərbaycanlılar barışdılar - VİDEO

12:16, 16.02.201912565
Moskvada çeçenlərlə azərbaycanlılar barışdılar - VİDEO
Rusiyanın paytaxtı Moskvada azərbaycanlılarla çeçenlər arasında baş vermiş insidentdən sonra hər iki tərəfin nümayəndələri bir araya gəliblər. 

Moskvada toplaşan azərbaycanlı və çeçenlər iki millət arasında ədavətin olmadığını deyərək baş vermiş hadisəni təxribat adlandırıblar. 

"Moskvada minlərlə çeçen və azərbaycanlı dostluq edir. Birlikdə işləyir, bir-birilərinə etibar edirlər. Azərbaycanlılarla çeçenlər yaxın qardaş kimi birləşiblər. Bütün azərbaycanlılara bildirmək istəyirəm ki, onlar narahat olmasınlar və təxribatlara uymasınlar" - çeçen nümayəndələrdən biri deyib. 

Həmçinin qeyd olunub ki, "Neolit” restoranında baş verənlər Çeçen və Azərbaycan xalqı arasında illərdir davam edən dostluq münasibətlərini poza bilməz. 
 
///Azvision.az
 

XƏBƏR LENTİ