xari

Moskvada koronavirusla bağlı bəzi məhdudiyyətlərin müddəti yanvarın 15-dək uzadıldı

DÜNYA
19:43 26.11.2020
331
Moskvada koronavirusla bağlı mövcud məhdudiyyətlərin müddəti 2021-ci il yanvarın 15-dək uzadılıb.
 
AZXEBER.COM AZƏRTAC-a istinadən bildirir ki, Rusiya paytaxtında yaşı 65-dən yuxarı olan və xroniki xəstəliklərdən əziyyət çəkən şəxslərin evdən çıxması ilə bağlı məhdudiyyətlərin, habelə əməkdaşların 30 faizinin məsafədən işləməsinə dair qaydaların müddəti yanvarın 15-dək uzadılır.

Moskva meri paytaxtda COVID-19 ilə əlaqədar epidemioloji vəziyyətin gərgin olduğunu bildirib. Onun sözlərinə görə, yoluxmaların sayının azalmasından danışmaq hələ ki, tezdir və səhiyyə sistemi olduqca gərgin qrafikdə işləyir.

Noyabrın 13-dən Moskvada kafe, restoran, bar və gecə klubları 23:00-dək işləyir, kollec və ali məktəblərdə məsafədən təhsil rejimi tətbiq edilib, kütləvi tədbirlərə qadağa qoyulub.

OXŞAR XƏBƏRLƏR