Moskvada polis azərbaycanlılara məxsus avtosalonlara basqın etdi

07 Noyabr 2017, 13:28
AAA
Moskvada azərbaycanlılara məxsus avtomobil satışı salonlarına polis basqın edib.
 
APA-nın Moskva müxbirinin verdiyi xəbərə görə, Rusiya Daxili İşlər Nazirliyinin Moskva şəhəri üzrə Baş İdarəsinin iqtisadi cinayətkarlıq və korrupsiyaya qarşı mübarizə şöbəsinin əməkdaşları "Rosqvardiya”nın əməkdaşlarının dəstəyi ilə paytaxtda yerləşən üç avtosalonda əməliyyat keçiriblər. 
 
Polis tərəfindən saxlanılan avtosalon əməkdaşları dələduzluqda və insanlara 50 milyon rubldan (1,5 milyon manat) çox ziyan vurmaqda şübhəli bilinirlər.
 
Rusiya DİN-in rəsmi nümayəndəsi İrina Volk avtosalon əməkdaşlarının avtomobil satışı zamanı dələduzluğa yol verdiklərini, internetdə yeni avtomobillərin ucuz qiymətə satışı ilə bağlı elan yerləşdirdiklərini bildirib: "Onlar müştəri ilə alqı-satqı müqaviləsini bağladıqdan sonra sənədləri saxtalaşdıraraq əvvəlcədən qeyd olunan qiyməti daha yüksək göstəriblər. Sonra isə müştərilərə saxtalaşdırılan sənəddə qeyd olunan qiyməti ödəməyi, ya da işlənmiş avtomobil götürməyi təklif ediblər. Belə olan halda müştərilər nəqliyyat vasitəsini əlverişsiz şərtlərlə əlavə 250 min rubl ödəməklə, baha qiymətə almağa məcbur olublar. Vətəndaşlara dəyən zərərin ümumi məbləği 50 milyon rubldan çoxdur". 
 
Rusiya DİN nümayəndəsi avtosalonlarda keçirilən əməliyyat zamanı saxlanılan şəxslərin sayını açıqlamayıb. 
 
Faktla bağlı Rusiya Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır. Saxlanılanlar barəsində məhkəmə artıq həbs-qətimkan tədbiri seçib. 
 
APA-nın Moskva müxbirinin əldə etdiyi məlumata görə, Rusiya DİN-in əməliyyat keçirdiyi avtosalonların üçü də azərbaycanlılara məxsusdur. Saxlanılanlar arasında azərbaycanlılar da var. Məlumata görə, saxlanılanların əksəriyyəti avtosalon əməkdaşlarıdır. Avtosalonun sahibləri isə qaçaraq gizləniblər. 
 

Oxunma sayı : 386

SON XƏBƏRLƏR
Könülün qızının xınası oldu -Foto- Video - 20 Noyabr 2017, 23:50
“Çelsi” futbolçuları Bakıya yola düşüblər – FOTO - 20 Noyabr 2017, 22:57
Elmira Axundovanın oğlu ittihamlara cavab verdi - 20 Noyabr 2017, 22:16
Dönər aparatının üzərində ət yerinə siçanlar — Bakıda ŞOK VİDEO - 20 Noyabr 2017, 22:09
Abbas Bağırovun toyundan - Fotolar - 20 Noyabr 2017, 21:45
Rejissor və aktrisa haqqında ölüm fərmanı - Öldürənə mükafat veriləcək - 20 Noyabr 2017, 21:12
Sabah Bakının bir hissəsində təbii qaz olmayacaq – XƏBƏRDARLIQ - 20 Noyabr 2017, 20:50
UEFA Azərbaycanın 6 komandasına maliyyə yardımı edib - 20 Noyabr 2017, 20:29
Rusiyada dublaj qadağan edilir - 20 Noyabr 2017, 20:09
Türkiyədə NATO-dan çıxmaq məsələsi müzakirə olunur - 20 Noyabr 2017, 18:20
Tanınmış vəkilin fəaliyyəti dayandırılıb - 20 Noyabr 2017, 18:00
Masallı sakinlərinin 20 illik yol problemi – VİDEO - 20 Noyabr 2017, 17:29
Yol polisi sürücünü döyülməklə təhdid etdi - VİDEO - 20 Noyabr 2017, 17:20
Əli Həsənovun nəvəsinin məhkəməsi başlayır - 20 Noyabr 2017, 17:18
Abbas Bağırovun toyudur - 20 Noyabr 2017, 17:13
“Oğlum toy gecəsi ağlayaraq evə gəlib...” - Qatilin anası - 20 Noyabr 2017, 17:04
Azərbaycanda əsgərin ölümündə təqsirləndirilən gizir azadlığa buraxıldı - 20 Noyabr 2017, 16:43
Ağdamda 15 yaşlı Qığılcımın intiharı: “Sınaq imtahanında az bal yığıbmış...” - 20 Noyabr 2017, 16:33
Astarada dağ uçdu, qaya parçaları yolu bağladı - 20 Noyabr 2017, 16:28
"Mən bunun müalicəsi üçün haralara kimi getməmişəm" - 20 Noyabr 2017, 16:15
Azərbaycanlı müğənni türkiyəli ərindən boşandı? - 20 Noyabr 2017, 16:09
Nazirliqdən xəbərdarlıq: Azərbaycanda toz dumanı olacaq - 20 Noyabr 2017, 15:57
Bakıda 6 aylıq körpə ölü tapıldı - 20 Noyabr 2017, 15:54
"Azərbaycan Qərbin etibarlı tərəfdaşı hesab olunur" - Əli Həsənov - 20 Noyabr 2017, 15:40
Doğuşdan sonra komaya düşən qadının vəziyyəti ağırdır - RƏSMİ - 20 Noyabr 2017, 15:16
“Rasim Balayev 1300 manat təqaüd alır...” - İttifaqdan açıqlama - 20 Noyabr 2017, 15:11
Müğənnilərin toy qiymətləri - Abbas 16 min, Elton 15 min - 20 Noyabr 2017, 14:56
"Qarabağ" - "Çelsi" matçı kimə həvalə olundu? - 20 Noyabr 2017, 14:50
Barama Lissabon veb-sammitində - 20 Noyabr 2017, 14:46
Akif Çovdarov apellyasiya şikayəti verib - 20 Noyabr 2017, 14:27
Azərbaycanlı hərbçi qız partlayış zamanı həlak oldu - FOTOLAR - 20 Noyabr 2017, 14:12
İdmançı qızı öldürən sürücüyə hökm oxundu - 20 Noyabr 2017, 14:09
"Dağlıq Qarabağla bağlı bütün ideyalar danışıqlar masasındadır" - Nazir - 20 Noyabr 2017, 13:59
Yeni yaradılan dövlət qurumunda maaşlar nə qədər olacaq? - 20 Noyabr 2017, 13:51
"Ərəb Baharı"ndan sonra indi də "Afrika Baharı" - Qara qitədəki diktatorlar devrilir - 20 Noyabr 2017, 13:44
“Adım Nurlandır, dostlarım “Pərvanə” deyir” - Transların cinayəti - 20 Noyabr 2017, 13:28
Temperatur 5-7 dərəcə düşəcək, qar yağacaq - Xəbərdarlıq - 20 Noyabr 2017, 13:23
"Qarabağ" - "Çelsi" oyunu üçün 400 avtobus ayrıldı - 20 Noyabr 2017, 13:09
Bakıda zavodda partlayış: ölən və yaralanan var - 20 Noyabr 2017, 13:06
“Heç nə kömək etmir…” - Fuad Poladov ağır durumda - 20 Noyabr 2017, 12:51
Qazaxda faciəvi şəkildə həlak olan 5 bacının tək qardaşı - FOTO - 20 Noyabr 2017, 12:48
Deputat oğlunun şəriki həbs olundu - 20 Noyabr 2017, 12:31
Lotu Quliyə qarşı sui-qəsdin TƏFƏRRÜATI - 20 Noyabr 2017, 12:12
"Erməni təxribatının qurbanı olmuş övladlarımızın qanı yerdə qalmayacaq" - İlham Əliyev - 20 Noyabr 2017, 11:56
“Gərək qocalaydın ki, ürəyin "yumşalaydı"!?” - Flora Kərimovadan ağır sözlər - 20 Noyabr 2017, 11:38
Bütün xəbərlər >>


Ünvan: Bakı şəhəri, Zərifə Əliyeva küçəsi 32, Ofis 10
Bizim email ünvanımız: [email protected]
Əlaqə nömrəsi
012-493-13-65
077-270-01-10