09:50 şənbə, 19 Yanvar 2019
İDMAN

Mourinyonun "Mançester Yunayted"də xərclədiyi pul - 455 milyon

18:32, 20.12.20184394
Mourinyonun
İki gün öncə "Mançester Yunayted"dən istefaya göndərilən Joze Mourinyonun İngiltərə klubunda transferlərə xərclədiyi pulun məbləği açıqlanıb.

Portuqaliyalı mütəxəssis Premyer Liqa klubuna aldırdığı 10 futbolçuya ümumilikdə 455,1 milyon avro (880,5 milyon manat) xərclənib.

Həmin futbolçular, alındıqları klubları və qiymətlərini təqdim edirik.

Paul Poqba (Yuventus) - 105.000.000 avro
Romelu Lukaku ((Everton) - 84.700.000 avro
Fred (Şaxtyor) - 59.000.000 avro
Nemanya Matiç (Çelsi) - 44.700.000 avro
Henrix Mxıtıryan (Borussiya Dortmund) - 42.000.000 avro
Erik Bayi (Vilyarreal ) - 38.000.000 avro
Viktor Lindelöv (Benfika) - 35.000.000 avro
Aleksis Sançes (Arsenal) - 23.000.000 avro
Dioqo Dalot (Portu) - 22.000.000 avro
Li Qrant (Stok Siti) - 1.700.000 avro
XƏBƏR LENTİ