10:13 çərşənbə Axşamı, 17 Iyul 2018
SİYASƏT

MSK yekun protokolu təsdiqləyərək Konstitusiya Məhkəməsinə göndərdi

14:29, 15.04.20184815
MSK yekun protokolu təsdiqləyərək Konstitusiya Məhkəməsinə göndərdi
Mərkəzi Seçki Komissiyası (MSK) aprelin 11-də keçirilmiş növbədənkənar prezident seçkilərinin ümumi yekunlarına dair protokol qəbul edib.

AZXEBER.COM xəbər verir ki, MSK-nın bu gün keçirilən iclasında protokol komissiya üzvləri tərəfindən imzalanıb. 

MSK səsvermənin ümumi yekunlarına dair protokolun seçkilərin yekunlarının təsdiq edilməsi üçün Konstitusiya Məhkəməsinə təqdim olunması barədə qərar qəbul edib.

Yekun qərara əsasən İlham Əliyev 86.02 faiz səslə prezident seçkilərinin qalibi olub. Zahid Oruc 3.12, Sərdar Cəlaloğlu 3.03, Qüdrət Həsənquliyev 3.02, Hafiz Hacıyev 1.52, Araz Əlizadə1.38, Fərəc Quliyev 1.17, Razi Nurullayev isə 0.74 faiz toplayıb. Səsvermədə seçicilərin 74.30 faizi iştirak edib. 12.403 səs etibarsız sayılıb.

Konstitusiya Məhkəməsi seçkilərinin yekunlarını səsvermə günündən sonra 14 gün ərzində rəsmən təsdiq etməlidir.
XƏBƏR LENTİ