MTN əməkdaşları qaçaqmalçılarla necə ortaq biznes qurub? - Məhkəmədə şok ifadələr

14 Sentyabr 2017, 13:20
AAA
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və mərkəzin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işi üzrə məhkəmə davam edib.
AZXEBER.COM xəbər verir ki, lent.az-ın məlumatına görə,  Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən  prosesdə MTN-in Əməliyyat-Texniki İdarəsinin işçisi olmuş Sevinc İsgəndərova ifadə verib. 
O bildirib ki, həmin idarədə bölmə rəisinin köməkçisi işləyib: "İşim məxfi məlumatlarla bağlı telefonların dinləməsindən ibarət olub. İdarənin rəisi Natavan xanım idi. Bizə raportla məlumat gəlirdi, telefonla izləyirdik. Həmin şəxsləri tanımırdım. Antiterror Mərkəzinin rəisi, idarə və şöbə rəisləri telefon dinləmələri ilə bağlı bizə raportla müraciət ediblər. Bizim də işimiz həmin texniki işləri görməkdən ibarət olub. Biz uzun illər məhkəmə qərarı olmadan, nazirin dərkənarı ilə telefon dinləmələrini həyata keçirmişik. Mənə tapşırıqları əsasən Elşad Əzizov verib, o işdə olmayanda isə tapşırıqları birbaşa Natavan Mirvətovadan almışam". 
Daha sonra şahid qismində MTN-nin Binəqədi şöbəsinin əməkdaşı Mirələm Həşimov ifadə verib. O, zərərçəkmiş iş adamları Sahib Qurbanov və Zaur Əzimovun epizodları üzrə dindirilib: "Şöbənin növbətçi hissəsindən zəng vurdular, bir nəfərin gəldiyini bildirdilər. Sonra şöbənin rəisi Rafiq Səfərov mənə zəng elədi, həmin şəxsi otağıma aparmağı, izahatını almağımı tapşırdı. Mən də onun tapşırığını icra elədim. Sonra Rafiq Səfərov zəng vurdu və həmin şəxsi otağımdan dəhlizə çıxarmağı dedi. Mən də həmin şəxsdən izahat almadım və onu dəhlizə çıxardım. Sonra onun hara getdiyini bilməmişəm".
Şahid əlavə edib ki, Rafiq Səfərov siqaret qaçaqmalçılığı ilə tutulan şəxsin yanında işləyən fəhləni dindirib: "Dindirilmə zamanı həmin şəxs heç nə bilmədiyini dedi. Bu zaman Rafiq onu şillə ilə vurdu. Bundan 10 gün sonra  şöbəyə Zaur Əzimov gəlib. 15 dəqiqə sonra Rafiq müəllim onu da dəhlizə çıxarmağımı tapşırdı. Mən də onu dəhlizə çıxardım. Sonra onun hara getdiyini bilməmişəm".
Mirələm Həşimov qeyd edib ki, Zaur Əzimov və digərlərinin buraxılmasından, Rafiq Səfərovun onlardan pul tələb etməsi və ya almasından xəbəri olmayıb. Şahid bildirib ki, əməliyyatlara Rafiq Səfərovun özü rəhbərlik edib, onun Sahib Qurbanov və Zaur Əzimovdan 100 min dollar almasını ümümi söhbətlərdən eşidib. 
İş üzrə şahid qismində MTN-in Tibb Baş İdarəsinin rəis müavini olmuş Vüqar Mahmudov dindirilib.
O, ifadəsində qeyd edib ki, artıq xidmətdən uzaqlaşdırılıb və sərəncama götürülüb.
Vüqar Mahmudov deyib ki,  MTN-də 2013-ci ildə işə başlayıb: "Nazirlikdə işləməzdən qabaq kiçik bizneslə məşğul olmuşam.  O zaman İlham adlı şəxslə yaxın dostluq əlaqələri yarandı. Birlikdə iş görməyə başladıq. Ona pul vermişdim, İlham özü işləri görürdü. Qazancdan mənə pul verirdi".
Şahid bildirib ki, bir müddət sonra İlhamı Binəqədi rayonun rəisi olan Rafiq Səfərovla tanış edib.
Prokurorun suallarına cavab verən Vüqar Mahmudov etiraf edib ki, Rafiqlə İlhamı tanış eləməkdə məqsəd bazarda digər siqaret qaçaqmalçılarının qarşısını almaq olub: "İlham bu işdə uzun müddət idi çalışırdı. Ölkəyə siqaret gətirən hamını əlinin içi kimi bilirdi. Rafiqlə İlham birlikdə işləməyə başladılar. İlham Rafiqə kim siqaret gətirirdisə deyirdi. Rafiq də əməliyyat edib, həmin adamı tuturdu. Malını əlindən alıb İlhama verirdi, o da ucuz qiymətə həmin siqareti satıb Rafiqə pul şəkildə qaytarırdı".
Şahid bildirib ki,  bir neçə dəfə İlham ondan xahiş edərək pulu Rafiqə onun verməyini istəyib: "Bir neçə dəfə Rafiq və köməkçisi Heydər İslamova pulu mən vermişəm"
Bu zaman təqsirləndirilən general Elçin Quliyev etiraz edib. O bildirib ki,  bunun onun işinə dəxli yoxdur: "Başa düşmürəm, deyirəm, sakit oturum, danışmayım, alınmır. Baxın, bu epizodun mənə nə dəxli var. Bu adamı birinci dəfə görürəm. Rafiq hansısa qaçaqmalçıdan pul alıb, buraxıb, bunun mənə nə dəxli var? Sonda deyəcəksiniz ki, bax, Elçin Quliyev, şahidlər gəlib sizin əməllərinizi etiraf edir".
Bu zaman hakim bildirib ki, həmin şahidlər ittiham tərəfinin şahidləridir: "İttiham tərəfi bunları irəli sürüb. Sonda bunlara qiymət veriləcək".
Prokuror arayış bildirib ki, ittiham mütəşəkkil dəstə şəklində verilib.
Şahid Vüqar Mahmudov ifadəsini davam etdirərək bildirib ki, bu işdə zərərçəkmiş kimi tanınan Sahib Qurbanov bir dəfə yanına gəlib: "İşdən çıxan zaman yaxınlaşdı. Dedi ki, onun malları məndədi. Dedim, mən heç kimin  malını götürməmişən. Dedim, bu söhbəti sizə kim deyib? O da qeyd etdi ki, rəis müavini Heydər İslamov. Heydərlə danışdım, dedi ki, Sahibə 30 min manat verilməlidir. İlhamla əlaqə yaratdılar, 30 min ödənildi".
Daha bir DTX-a əməkdaşı Hüseyn İlyasov dindirilib. O bildirib ki,  dinləmələri rəhbərliyin tapşırığı ilə ediblər: "Heç bir məhkəmə qərarı olmayıb".
Prosesdə hazırda həbsdə olan Fərhad Atayev və general Teymr Quliyev ifadə verib. Onlar da istintaqa verdikləri ifadələri təsdiq ediblər.
Teymur Quliyev bildirib ki, o, istintaqa umumi məlumat verib: "Rəhbərlik nə tapşırıq verib, onu icra etmişik".
Məhkəmə sebtyabrın 22-də davam edəcək.
Qeyd edək ki, Elçin Quliyev MTN-in Antiterror Mərkəzinin rəisi olub. MTN-lə bağlı həbslər başlayanda o, adı çəkilən qurumun akademiyasına kafedra rəisi təyin edilib. Daha sonra cinayət işi üzrə həbs edilib.

Oxunma sayı : 186

SON XƏBƏRLƏR
Ordumuz iriçaplı pulemyotlardan atəşə tutuldu - 25 Sentyabr 2017, 09:44
Elza tənqid olunduğu müsabiqədən getdi - 25 Sentyabr 2017, 09:38
Bakı metrosunda cinayət — Girişdə gənc oğlanı bıçaqladılar + FOTO - 25 Sentyabr 2017, 09:26
Zaqatalada meşə yanğını söndürülüb - 25 Sentyabr 2017, 09:13
Neft ucuzlaşıb - 25 Sentyabr 2017, 09:02
Türkiyədə silkələndi - 24 Sentyabr 2017, 21:33
İmişlidə iki avtomobil toqquşub - 24 Sentyabr 2017, 16:42
Erməni deputatlar Bakını gəzdilər - Fotolar - 24 Sentyabr 2017, 16:14
22 yaşlı qız bazarlıq adı ilə evdən qaçdı - 24 Sentyabr 2017, 15:45
"Həmişə mənə nümunəsən" - qızından Aygünə - 24 Sentyabr 2017, 15:09
Bakıda telekanal rəhbəri türkiyəli aparıcı ilə evləndi - Fotolar - 24 Sentyabr 2017, 14:19
Bakıda gecə klubunda 24 yaşlı qızı döydülər - 24 Sentyabr 2017, 13:33
DTX rəisi: Dövlətə xəyanət edən hərbçilərlə bağlı işlər davam edir - 24 Sentyabr 2017, 13:08
Ata avtobusdan düşüb qaçan 17 yaşlı qızını axtarır - 24 Sentyabr 2017, 13:06
" Gənclərin səhv yollara düşməməsi üçün müvafiq işlər aparılır" - DTX rəisi - 24 Sentyabr 2017, 12:58
Prezident Neftçala rayonunda - 24 Sentyabr 2017, 12:49
Mədət Quliyev İŞİD-ə qoşulan azərbaycanlıların sayını açıqladı - 24 Sentyabr 2017, 12:35
Tovuzda iki avtomobil toqquşdu - Yaralılar var - 24 Sentyabr 2017, 12:31
Bakıda bacısı ilə yazışan oğlanı görüşə çağırdı, doğradı - 10 il həbs tələb olunur - 24 Sentyabr 2017, 12:01
Deputatın oğlunun toyunda maraqlı hadisə - Gecikən məmura görə toyu 3 saat gec başlatdı - 24 Sentyabr 2017, 11:29
Bakıda gecə klubunda iranlı turistin başına oyun açdılar - 24 Sentyabr 2017, 11:17
Lütfi Zadənin nəşinin Bakıya gətiriləcəyi tarix açıqlandı - 24 Sentyabr 2017, 10:41
Bakıda restoranda dava - 24 Sentyabr 2017, 10:26
44 yaşlı kişi 9 yaşlı qızı zorladı - Bakıda dəhşətli hadisə - 24 Sentyabr 2017, 10:13
Bakıda məşhur restoranda ölüm - 24 Sentyabr 2017, 10:09
Masallıda həbsdən yeni çıxan kişi öz evini yandırdı - 24 Sentyabr 2017, 10:04
Cəbhədə gecə təxribatı: rayonlarımız atəşə tutuldu - 24 Sentyabr 2017, 09:56
Qənirə Paşayeva Kırşehirdə konfrans verdi - 23 Sentyabr 2017, 21:51
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü başladı - 23 Sentyabr 2017, 21:39
Baş nazirə ağır itki - 23 Sentyabr 2017, 20:52
Xoşqədəm vəfat edən qardaşı haqda: "Kaş həyatda olardın" - 23 Sentyabr 2017, 17:44
BŞBPİ-dən Milli Şuranın mitinqi ilə bağlı - Açıqlama - 23 Sentyabr 2017, 17:32
Milyarderlərin dəbdəbəli villaları - FOTOLAR - 23 Sentyabr 2017, 17:18
Paytaxtda 11 dilənçi saxlanıldı - 23 Sentyabr 2017, 17:11
Gədəbəydə dəhşətli qətlin təfərrüatları - 23 Sentyabr 2017, 17:08
Bakıda 9 yaşlı qızı zorlayana hökm oxundu - 23 Sentyabr 2017, 14:42
"AccessBank" yaşlı qadına borc yazıb, maaşını oğurladı - Özbaşınalığın üstü belə açıldı (VİDEO) - 23 Sentyabr 2017, 13:56
Metronun 28 May stansiyasının qarşısında ölüm hadisəsi – FOTO - 23 Sentyabr 2017, 13:46
Masallıda məktəb binasını şadlıq sarayına çevirirlər? - VİDEO - 23 Sentyabr 2017, 13:35
“CBC Sport”un rəhbəri boşandığı qadınla təkrar evlənir - Toy səfirlikdə olacaq - 23 Sentyabr 2017, 13:05
Azərbaycanda hərbçini tüfənglə vurub su quyusuna atdılar - 23 Sentyabr 2017, 12:50
Şimşək çaxacaq, yağış yağacaq - 23 Sentyabr 2017, 12:47
Azərbaycana payız gəlib - 23 Sentyabr 2017, 11:36
Tovuzda doğuş zamanı körpə öldü - 23 Sentyabr 2017, 11:02
Nişanlısını öldürən şəxsin şikayəti üzrə məhkəmə başlayıb - 23 Sentyabr 2017, 11:00
Bütün xəbərlər >>


Ünvan: Bakı şəhəri, Zərifə Əliyeva küçəsi 32, Ofis 10
Bizim email ünvanımız: [email protected]
Əlaqə nömrəsi
012-493-13-65
077-270-01-10