01:17 Cümə, 19 Yanvar 2018
SOSİAL

MTN generalı apellyasiya şikayəti verdi

10:02, 11.12.2017223
MTN generalı apellyasiya şikayəti verdi
Ləğv edilmiş MTN-nin generalı Elçin Quliyev və onun əməkdaşı polkovnik Azər Mehdiyev barələrindəki hökmdən apellyasiya şikayəti veriblər.
 
AZXEBER.COM Qafqazinfo-ya istinadən xəbər verir ki, keçmiş "MTN-çi”lər onlar bəraət hökmü verilməsini və müsadirə edilən əmlaklarının özlərinə qaytarılmasını istəyiblər.
 
Bakı Hərbi Məhkəməsinin hökmü ilə general E.Quliyev 10 il 6 ay müddətinə, polkovnik A.Mehdiyev isə 8 il müddətinə azadlıqdan məhrum edilib.
 
E.Quliyevdən general rütbəsinin alınması üçün prezidentə, A.Mehdiyevdən polkovnik rütbəsinin alınması üçün müvafiq icra orqanına təqdimat verilib. Həmçinin, onların əmlaklarının müsadirə edilməsinə qərar verilib.
0
XƏBƏR LENTİ