00:48 Cümə, 15 Dekabr 2017
Maqazin

MTRŞ-dan Röyanın ittihamlarına cavab: "Radiolarımızda yetərincə milli musiqi səslənir"

13:07, 01.12.20172237
MTRŞ-dan Röyanın ittihamlarına cavab:
Əməkdar artist Röya Ayxan radioların yerli mahnılar əvəzinə, xarici bəstələrə üstünlük verməsini tənqid edib.
 
AZXEBER.COM-un məlumatına görə, müğənni MTRŞ sədrinə də müraciət edib və qurumu kəskin tənqid edib.
 
O qeyd edib ki, radiolarda efir siyasəti bərbad durumdadır: "Doğrudan da, biabırçılıqdır. Soruşun niyə? Avtomobillə gedirəm və artıq 5-ci radioya çevirmişəm ki, türk mahnıları oxunur. Biz bu qədər pul buraxırıq, bunların haqqını kim verəcək? Dörd gecədir Nihat Odabaşı ilə klip çəkirik. Sonra da yekə-yekə deyirik ki, türklər gəlir Bakıya, bizimkiləri tanımır. Bizimkilər onların əlindən öpür. Düzdür, mən öpməmişəm. Amma öpənlərimiz çox olub. Radiolara səslənib deyirəm ki, işinizi bilin. Sonra deməyin ki, bizi heç kim saymır. Siz özünüz özünüzü saymırsınız.

Buradan Nuşirəvan müəllimə (Milli Televiziya və Radio Şurasının sədri) müraciət edirəm, xahiş edirəm ki, televiziyalarda klip saatı ayrılsın. Bizə bu dərəcədə hörmətsizlik olmaz. Sizi başa düşürəm, Nuşirəvan müəllim. Başınız keyfiyyətli və maraqlı olsun deyə verilişlərə qarışıb. Amma biz "əldən gedirik”, belə olmaz”, - deyə o bildirib.

Müğənninin bu sözlərinə Milli Televiziya və Radio Şurasının (MTRŞ) Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov reaksiya verib.
 
O AZXEBER.COM-a açıqlamasında Röyanın iradı ilə razılaşmadığını və efirlərdə kifayət qədər milli musiqilərin yayımlandığını deyib: 
"Biz mütəmadi olaraq radiolarımızı monitorinq edirik. Bizim radiolarda yetərincə milli musiqilərimiz səslənir. Biz heç bir radioya deyə bilmərik ki, xarici mahnı səsləndirmə. Necə ki, Azərbaycan mahnıları xarici ölkə radiolarında səslənirsə, biz də də o cür. Bəzi radio kanallarımızda verilişlər var ki, orada sırf Azərbaycan xalq mahnıları da səsləndirilir. Bundan başqa yalnız milli musiqi yayımlayan radiolar da var, bunlar arasında həm dövlət, həm də özəl radioları göstərə bilərik. Düşünürəm ki, bu haqsız iraddır və yaxşı olar ki, iradı bizə yox, özəl radiolara etsinlər". 
 
MTRŞ rəsmisi bildirib ki, televiziya və radioda yayımlanan verilişlərlə bağlı mütəmadi olaraq monitorinqlər aparılır və ictimaiyyətə məlumat verilir. 
 
Leyla Rəhimli,
AZXEBER.COM 
0
XƏBƏR LENTİ