20:56 Bazar Ertəsi, 21 May 2018
MƏDƏNİYYƏT

Mübariz Tağıyev “Aprel döyüşləri” ilə bağlı tədbirdə oxumaqdan imtina etdi

12:16, 15.05.20183819
Mübariz Tağıyev “Aprel döyüşləri” ilə bağlı tədbirdə oxumaqdan imtina etdi

Azərbaycanın Xalq artisti, tanınmış estrada müğənnisi Mübariz Tağıyev "Aprel döyüşləri”nin 2-ci ildönümü münasibətilə keçirilən tədbirdə iştirakdan imtina edib.

Modern.az-ın əldə etdiyi məlumata görə, Bakıdakı Beynəlxalq Muğam Mərkəzində "Aprel döyüşləri”nin 2-ci ildönümü münasibəti ilə keçirilən tədbirdə Mübariz Tağıyev vətənpərvərlik mövzusunda olan "Ulu torpaq” mahnısını ifa etmək üçün dəvət olunub.

Lakin Xalq artisti ona ünvanlanan dəvəti rədd edib. Mübariz Tağıyev "konsertə hazırlaşıram” deyərək, "Aprel döyüşləri” ilə bağlı tədbirdə iştiraka qatılmayıb.

Modern.az-ın əməkdaşı məsələni dəqiqləşdirmək üçün Mübariz Tağıyevlə əlaqə saxlayıb.

Xalq artisti faktı inkar etməyib.

"Tədbirdə iştirak etməməyimin səbəbi  Heydər Əliyev Sarayında olan 70 illik yubileyimlə bağlı konsertə hazırlıq idi. 3 saat yarımlıq konsert idi.  Mən səhərdən axşama qədər məşqdə olurdum. Ona görə dedim ki, üzürlü sayın, iştirak edə bilməyəcəm. Mən bunu demişəm. Həqiqət budur”.

 
Hamının vətənpərvərlik mövzusunda mahnıların ifaçısı kimi tanıdığı Mübariz Tağıyevin "Aprel döyüşləri” ilə bağlı tədbirdə iştirakdan imtinasını təşkilatçılar təəssüflə qarşılayıblar.

XƏBƏR LENTİ