14:00 çərşənbə Axşamı, 19 Iyun 2018
KRİMİNAL

Müəlliməni oğurlayıb zorlayan şəxslərlə bağlı YENİ XƏBƏR

18:59, 15.02.20182131
Müəlliməni oğurlayıb zorlayan şəxslərlə bağlı YENİ XƏBƏR

2016-cı ilin aprel ayında Ağsu rayonunun Nuran kəndində müəlliməni oğurlayaraq cinsi təcavüz edən dəstə üzvləri Şəki Ağır Cinayətlər Məhkəməsinin qərarından narazı qalıb. 

 

AZXEBER.COM lent.az-a istinadən xəbər verir ki, Təhsil Nazirliyinin təyinatla kəndə göndərdiyi 23 yaşlı Sara Vəliyevanı (ad şərtidir) qaçıran dəstə üzvlərindən 1985-ci il təvəllüdlü İsrafilov Bəhruz Dursunəli oğlu, onun qardaşı 1980-ci il təvəllüdlü İsrafilov Müşfiq Dursunəli oğlu barələrində müvafiq olaraq çıxarılmış 13 və 12 illik həbs qərarının dəyişdirilməsi ilə balı apelyasiya şikayəti verib. Artıq şikayət Şəki Apelyasiya məhkəməsinə daxil olub.

 

Qeyd edək ki,müəlliməni oğurlayan dəstə üzvlərindən 1985-ci il təvəllüdlü İsrafilov Bəhruz Dursunəli oğlu 13, onun qardaşı 1980-ci il təvəllüdlü İsrafilov Müşfiq Dursunəli oğlu 12, dostu 1994-cü il təvəllüdlü Əsgərov Əmrah Əbulfət oğlu və sürücü İsgəndərov Eldəniz Bəbir oğlu isə 8 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

 

Onlardan 3-ü Cinayət Məcəlləsinin 144.2.3-cü "qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam oğurluğu”, müəllimə ilə evlənmək istəyən B.İsrafilov isə 144.2.3-cü maddə ilə yanaşı, məcəllənin 149.2.4-cü (xüsusi amansızlıqla zorlama), 149.2.5-ci (təkrar zorlama), 150.2.4-cü (xüsusi amansızlıqla seksual xarakterli digər zorakılıq hərəkətləri) və 150.2.5-ci (təkrar seksual xarakterli digər zorakılıq hərəkətləri) maddələri ilə təqsirli bilinib.

 

Onu da qeyd edək ki, oğurlanan və cinsi təcavüzə məruz qalan müəllimə işini itirib. Məlum olaydan sonra həmin kənddə işləmək istəməyən kimya müəllimi, 23 yaşlı Sara Vəliyeva  Təhsil Nazirliyinə iş yerinin dəyişdirilməsi ilə bağlı müraciət edib. O, başqa məktəblərdə də ixtisaslı kimya müəlliminə ehtiyac olduğunu, imtahanla müəllimliyə qəbul edildiyini xatırladaraq nazirlikdən doğulduğu rayonda və yaxud paytaxtda işlə təmin edilməsini xahiş edib. Lakin nazirlik gənc müəllimin istəyini təmin etməyib.

 

XƏBƏR LENTİ