05:09 Bazar Günü, 21 Oktyabr 2018
SOSİAL

Müəllimi tüfənglə öldürən şəxs könüllü təslim oldu

13:55, 10.08.20183185
Müəllimi tüfənglə öldürən şəxs könüllü təslim oldu
Ağdaşda qəbiristanlıqda qətl törədən şəxs könüllü təslim olub.

DİN-dən AZXEBER.COM-a verilən məlumata görə, avqustun 9-da Ağdaş şəhəri ərazisindəki qəbiristanlıqda şəhər sakini Hüseyn İbadov münaqişə zəminində tüfəngdən açdığı atəşlə həmyerlisi Nizami İsmayılovu qətlə yetirib.

Sonra o, könüllü olaraq polisə gəlib və hadisəni törədərkən istifadə etdiyi, müvafiq sənədləri olmayan "TOZ-16” markalı ov tüfəngini təhvil verib.

Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən H.İbadovun həyətinə baxış zamanı oradan kultivasiya yolu ilə yetişdirilmiş 14 ədəd çətənə kolu aşkar edilərək götürülüb.
XƏBƏR LENTİ