20:25 Cümə, 25 May 2018
Maqazin

Müğənni Damla Rusiyadan deportasiya olunub? - AÇIQLAMA

13:41, 24.04.201725066
Müğənni Damla Rusiyadan deportasiya olunub? - AÇIQLAMA
Müğənni Damla kimi tanınan Məmmədova Məsumə Qərib qızı Rusiyadan deportasiya edilib.
 
Bu haqda "Ölkə.Az" saytı məlumat yayıb. Saytın yazdığına görə, sənətçiyə bir ay öncə 3 illik qadağa qoyulub. Bildirilir ki, Damla bir neçə məclisdən aldığı behi məcburən geri qaytarıb. 

AZXEBER.COM məsələylə bağlı müğənni Damla ilə əlaqə saxlayıb.
 
Müğənninin meneceri Şəhriyar faktı təsdiqləyib və deyib ki, buna səbəb müğənninin Rusiya ərazisinə 1 il ərzində limitdən çox girib-çıxmağı olub: "Damla Rusiyaya tez-tez getdiyi üçün, onun giriş-çıxışına "stop" qoyulmuşdu. Ancaq artıq 1 aydır ki, bu "stop" aradan qaldırılıb və rahat şəkildə Rusiyaya gedib, gələ bilirik. Çox getməyə səbəb isə oradakı el şənlikləridir."

Nazim Qasımzadə,
AZXEBER.COM


 

 

XƏBƏR LENTİ