07:05 çərşənbə, 26 Fevral 2020
Maqazin

Müğənni Elnur: 'Mənim ətrafımda “mavilər” yoxdur' - MÜSAHİBƏ

01:29, 15.03.20123408
Müğənni Elnur: 'Mənim ətrafımda “mavilər” yoxdur' - MÜSAHİBƏ

Gənc müğənni Elnur Məmmədovun AZXEBER.COM-a müsahibəsi- Elnur, son vaxtlar passivsən. Yaxın zamanlarda hər hansı bir yeniliklər gözlənilirmi?

- Hazırda Azərbaycandan kənarda yeni bir mahnıma klip çəkdirməyə hazırlaşırıq .Yeniliklər çoxdu yeni kliplərim var, yeni mahnılarım var. Novruz bayramıyla əlaqədar ABŞ-a getməyə hazırlaşıram. Fəxri qonaq kimi dəvət almışam.

- Hansı ölkədə klip çəkdirəcəksiniz və çəkdirəcəyiniz mahnının adı nədir?

- “Dönərəm” adlı mahnıya klip çəkdirməyə hazırlaşırıq. Ölkənin adı isə hələlik sirr olaraq qalsın o barədə hələ ki, açıqlama vermək istəmirəm .

- Klip yerli rejissorlarımız tərəfindən çəkiləcək ya xarici?

- “Dönərəm” mahnıma çəkiləcək klip sürpriz olacaq. İnşallah hamınız biləcəksiz. Bu mahnıya ABŞ-da klip çəkdirməyi planlaşdırırıq. Ola bilsin amerikalı rejissor olsun hələ danışıqlar gedir. İndiyənə qədər çəkdirdiyim kliplər yerli rejisorlar tərəfindən çəkilib. Fuad Əlişov Moldiv adalarında mənə klip çəkib, hər birinizin tanıdığı Makum Parisdə mənimlə işləyib. Onu da qeyd edim ki, mənim xaricdə çəkdirdiyim kliplər professional çəkilişlər olub. 

-  Bakıda solo konsert niyə vermirsiz?

-    Dediyim kimi yaxınlarda İsraildə solo konsert verdim. Azerbaycanda canlı konsert vermək istəyirəm, fonoqrama yox.

-  Bəs canlı konsert verməyinizə nə mane olur?

- Canlı konsert üçün həddinnən artıq maliyyə tələb olunur. Mənim də o qədər qazancım yoxdur. Mən kişi müğənniyəm axı (gülür ) Elə xanım müğənnilər var ki maşallah....

- Bir çox müğənnilərimiz xaricə el şənliklərinə gedir, gəldikdə isə "böyük bir konsert proqramıyla çıxış etdim" deyirlər. Sizcə bunun səbəbi nədir? Niyə müğənnilər tamaşaçıya yalan deyirlər?

- Yox mən elə şeylər demərəm heç vaxt. Mənim İsraildə böyuk bir konsertim oldu, həmin konsertin görüntüləri də göstərildi. İndi də ABŞ-da konsertə hazırlaşıram. Məni tanıyan hər kəs bilir ki, mən Bakıdan kənara el şənliklərinə getmirəm .

- Toylardan söz düşmüşkən. El şənliyinə neçəyə gedirsiz?

- Mən o şeyləri bilmirəm. Bilsəm də danışmıram, heç o haqda maraqlanmıram. İşçilərim var onlar danışırlar, mən isə gedib oxuyuram. Mən müğənniyəm mənim işim oxumaqdır, kimlərnənsə danışmaq mənim işim deyil. 

- Niyə bizim əksər müğənnilərin prodüserləri cinsi azlıqları olan kişilərdir ?

- Yox məndə belə şeylər yoxdu . Mənim ətrafımda “mavilər” yoxdur. Mənim indiyənə qədər çalışdığım insanlar uşaqlıqdan bir böyüdüyüm sinif yoldaşlarımdır. Həm də mən bütün mediaya demişəm ki, mənə heç bir sənət yoldaşım haqda sual verməyin. Çünki onların heç biri mənə maraqlı deyil.

- Natavan Hebibi necə o da maraqsızdır yoxsa?

- Natavan mənim canım ciyərimdi. Çox sıx münasibətlərimiz var . Heç vaxt başqa bir münasibətimiz olmayıb.Hamıya arzulayardım ki, bizim kimi sadiq dost olsunlar.

- Şou biznesdən başqa əlavə biznesiniz varmı?

Yox, şou biznesdən başqa heç bir biznesnən məşğul olmuram. Çünki elə bir imkanlarımız yoxdur ki, başqa biznesnən məşğul olaq . O xarici dövlətlərdədir ki, müğənnilər bir albomdan milyonlarla pul əldə edir. Bizim elə də qazancımız yoxdur.

Son olaraq nə demək istərdiz?

- Çox sağ olun. Hər birinizə təşəkkür edirəm. Öpürəm Güləsər Qasımova

XƏBƏR LENTİ