21:55 çərşənbə, 16 Yanvar 2019
Maqazin

"Müğənnilər qonorarsız toya, yasa getmirlər" - Namiq

14:56, 09.01.20192854
Meyxanaçı Namiq Qaraçuxurlu müğənnilərlə bağlı gözlənilməz açıqlama verib. 

Sənətçi "söhbət var" verilişinə açıqlamasında deyib ki, ifaçılar yasa da gedəndə qonorar istəyir:

"Maraqlı dəb yaranıb, yenidir. Bir neçə yüksək təbəqədə olan müğənnilərimiz qayda qoyub: heç kimin toyuna, ad gününə və yasına getmirəm. Bu da uğurlu alınıb. Həmin insanları arzulamağa başlayıblar. Kiminsə məclisində onlar görsənəndə fərqli alınır. Yaxşı nəticə verib.

Bir neçə gəncdən də eşitmişəm ki, deyir, kiminsə toyuna, yasına getmirəm. Ancaq qonorarlı yerlərə gedirəm. İndi xeyir-şərə yarıyan 10 faiz müğənni var. Düşünürəm ki, bir ildən sonra belə getsə, həmin 10 faiz də qalmayacaq".   
 
///Axşam.az-
XƏBƏR LENTİ