01:15 Bazar Ertəsi, 20 May 2019
SOSİAL

Müge Anlı Türkiyədə sevgilisi tərəfindən qaçırılan azərbaycanlı qadını tapdı - VİDEO

18:56, 26.04.20199480
Müge Anlı Türkiyədə sevgilisi tərəfindən qaçırılan azərbaycanlı qadını tapdı - VİDEO

Türkiyədə sevgilisi tərəfindən qaçırılan Aytən Hüseynova adlı qadın tapılıb. 

 

AZXEBER.COM xəbər verir ki, Türkiyənin ATV kanalında yayımlanan "Müge Anlı ile Tatlı Sert" adlı proqrama çıxan A.Hüseynovanın anası Mehriban Hüseynova və bacısı GÜlər Hüseynova qızın sevgilisi tərəfindən qaçırıldığını iddia etmişdilər. 

 

Türkiyə polisinin bir aydır axtarışa verdiyi qadın ortaya çıxıb. O, proqramdan sonran anasına zəng edib və yaxşı olduğunu bildirib. 

 

Xatırladaq ki, itkin düşən qadın bir neçə ildir ki, Ankarada səhiyyə turizmi ilə məşğul olurmuş. O sevgilisi olduğu şəxs tərəfindən aldadıldığını iddia edib. Belə ki, sevgilisi ona saxta ad təqdim edərək onunla evlənibmiş. 

 
 
 



XƏBƏR LENTİ