21:53 şənbə, 24 Fevral 2018
İDMAN

Murad Ağarzayev: "Şadam ki, Azərbaycanın aktivinə daha bir medal..."

02:00, 16.05.2017582
Murad Ağarzayev:
Çox şadam ki, İslam Həmrəyliyi Oyunlarında Azərbaycanın aktivinə daha bir medal yaza bildim.
 
AZXEBER.COM xəbər verir ki, bunu jurnalistlərə azərbaycanlı gimnast Murad Ağarzayev deyib.
 
Gimnast qeyd edib ki, medal qazanmaq çox yaxşı hissidir: "Ən böyük arzum Azərbaycan himninin mənim qələbəmə görə səslənmə idi. Çox şadam ki, buna nail oldum".
 
M. Ağarzayev bildirib ki, hazırda sentyabrda keçiriləcək dünya çempionatına hazırlıq gedir: "Ümidvaram ki, hər şey yaxşı olacaqdır. Azərbaycan yığmasının baş məşqçisi Rza Əliyev bizi çox dəstəkləyir. Mən əminəm ki, Azərbaycan gimnastları müxtəlif yarışlarda ölkəmizin bayrağını daim yüksəklərə qaldıracaqlar".
 
Trend.az
0
XƏBƏR LENTİ