21:41 Bazar Günü, 17 Dekabr 2017
GƏNCLİK

"Müstəqil Azərbaycanın müstəqil gənci olduğum üçün fəxr edirəm"

14:50, 26.07.2017755
Rafael Rza,
Azərbaycan Dövlət Bədən Tərbiyyəsi və İdman Akademiyası Tələbə Gənclər Təşkilatının və Tələbə Həmkarlar İttifaqı komitəsinin sədr müavini, gənc fəal 
 
Ulu öndərimiz Heydər Əliyevin sərəncamı ilə 1994-ci il iyulun 24-də Gənclər, İdman və Turizim nazirliyi yaradıldı.
2006-cı ildə Prezident İlham Əliyevin fərmanı ilə gənclər və idman nazirliyi yenidən təşkil olundu. 2 fevral Gənclər günün qeyd olunması və 2007-ci ilin ölkəmizdə gənclər ili elan olunması dövlətimiz Azerbaycan gəncliyinə göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.
 
Azerbaycan dünyada odlar yurdu kimi tanınırdısa Cənab Prezident İlham Əliyevin apardığı uğurlu siyasət sayəsində vətənimiz həm də idman ölkəsi kimi tanınır. Bu gün bölgələrdə tikilən idman kompleksləri, idmançılarımızın dünya və olimpiya çempioanatlarında iştirak etməsi dövlətimizin idmana olan qayğısının nəticəsidir. Son illər ölkəmizdə keçirilən bir çox mötəbər idman yarışları Azərbaycanın idman ölkəsi olduğunu dünyaya bir daha sübut etdi. Avropa oyunları, şahmat olimpiyadası, islam həmrəylik, Formula-1 yarışları buna sübutdu. Çox sevindirici haldır ki, bu yarışlarda ölkəmizi təmsil edən idmançıların yüksək nəticə göstərərək müqəddəs üç rəngli bayrağımızı zirvəyə qaldırıb himnimizi səsləndirdilər.
 
Mən də idman ailesinin bir üzvü olaraq bu yarışlardan ilham alaraq ADBTİA -da Aprel döyüşlərində şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsinə atıcılıq və 28 may respublika gününə həsr olmuş şahmat yarışı keçirdim. Bu yarışda bir çox universitet tələbələri iştirak edib yüksək nəticələr göstərdilər.
 
Sonda onu demək istərdim ki, Ulu öndərimiz yaşayıb yaratdığı müstəqil Azərbaycanın müstəqil bir gənci olduğum üçün fəxr edirəm!
 

0
XƏBƏR LENTİ