“Cümhuriyyətimizi quranların xatirəsi əbədiləşdirilsin” - Qənirə Paşayeva

20 Oktyabr 2017, 14:56
AAA
Millət vəkili Qənirə Paşayeva MM-də Türkiyədə vəfat etmiş Cümhuriyyət qurucularımızın xatirəsinin əbədiləşdirilməsi üçün məsələ qaldırıb
 
AZXEBER.COM xəbər verir ki, millət vəkili Qənirə Paşayeva Milli Məclisin bügünki iclasında Sovet işğalı nəticəsində qardaş Türkiyəyə mühacirət etmək məcburiyyətində qalan Cümhuriyyət qurucularımızdan və fəallarından danışıb və onların qardaş Türkiyədə xatirəsinin əbədiləşdirilməsi üçün addımlar atmalıyıq deyib: "Hər zaman getdiyimiz hər yerdə fəxrlə deyirik ki, bütün müsəlman şərqində ilk parlamentli demokratik respublikanı - Azərbaycan Xalq Cümhuriyyətini Azərbaycan xalqı qurub. Xalq Cümhuriyyətinin qurucuları və bir sıra fəalları Sovet işğalı nəticəsində qardaş Türkiyəyə mühacirət edib, orada yaşayıb mübarizələrini davam etdiriblər. 3 gün əvvəl İstanbulda Feriköy məzarlığını ziyarət etdik.
 
Orada cümhuriyyətiminzin qurulmasında böyük xidmətləri olmuş bir çox böyük şəxsiyyətlərimiz yatır. Orada Difai təşkilatını quraraq ermənilər tərəfindən xalqımıza qarşı həyata keçirilən amansız cinayətlərə qarşı mübarizə aparan böyük şəxsiyyət Əhməd Ağaoğlu və onun ailəsi yatır. Orada 20-ci əsrin əvvəllərində Qarabağda və ətraf bölgələrdə ermənilərin xalqımıza qarşı törətdiyi dəhşətli cinayətləri durdurmaq, qarşısını almaq üçün Xosrov bəy Sultanov yatır. Orada ömrünü Azərbaycan mübarizəsinə həsr etmiş ilk milli təhlükəsizlik nazirimiz Nağı bəy Şeyxzamanlı və ailəsi yatır. Orada böyük işlər görmüş Xəlil bəy Xasməmmədov kimi cümhuriyyət nazirlərimiz, Hüseynqulu bəy Xoyski kimi böyük şəxsiyyətlərimiz yatır. Orada gələn il 100 illik yubileyini qeyd edəcəyimiz Azərbaycan parlamentinin o zamankı millət vəkillərindən biri, özünü Azərbaycan mübarizəsinə həsr edən Mehmet Sadıq Aran kimi millət vəkillərimiz və Mir Yaqub Mehdi də daxil olmaqla bir sıra ziyalılarımız yatır. Amma bu tarixi qəbiristanlığın girişində belə orada Azərbaycan Xalq Cümhuriyyətinin bəzi qurucularının, fəallarının məzarlarının yerləşməsi barədə bir məlumat lövhəsi belə yoxdur. Gələn il - 2 ay sonra dövlət səviyyəsində Cümhuriyyətimizin 100-cü ildönümünü qeyd edəcəyik. Cümhuriyyətimizlə bağlı cənab Prezidentin imzaladığı sənədlər var və bunlar çox vacib və önəmlidir. Çox vacibdir ki, tarixi Feriköy məzarlığının girişində orada məzarı olan cümhuriyyət qurucuları və fəalları ilə bağlı bir abidə qurulsun və orada yatan bütün böyük şəxsiyyətlərimizlə bağlı məlumatlar verilsin. Eyni zamanda çox vacibdir ki, o böyük şəxsiyyətlərin məzarlarının üzəri yüksək səviyyədə düzəldilsin, xüsusi lövhələrdə hər bir şəxsiyyətimiz barəsində məlumatlar qeyd edilsin ki, ziyarət edənlər orada nə qədər böyük şəxsiyyətlərin məzarı olduğunu bilsinlər.
 
Eyni zamanda bu böyük dövlət adamlarının məzarlarının üzərində Azərbaycan və Türkiyə bayraqlarının bərabər əks olunması çox vacibdir. Türkiyədəki səfirliyimiz, İstanbuldakı baş konsulluğumuz və Mədəniyyət nazirliyimizin xətti ilə Feriköy məzarlığı ilə bərabər qardaş Türkiyənin digər məzarlıqlarında dəfn olunmuş bütün Cümhuriyyət qurucularımızın və fəallarının yatdığı məzarlıqlarda da bu işlərin görülməsinə, onların qəbirüstü abidələrinin yüksək səviyyədə düzəldilməsinə, məlumat lövhələrinin yerləşdirilməsinə və onların qəbirlərinin üzərində Azərbaycan və Türkiyə bayraqlarının bərabər əks olunmasına böyük ehtiyac var. Hər kəs bilməlidir ki, orada yatan çox böyük şəxsiyyətlərdir və onların qəbirlərinin üzərində Azərbaycanımızın bayrağının əks olunması çox vacib məsələdir. Nəzərə alsaq ki, Cümhuriyyətimizin 100-cü ildönümü ilə bağlı tədbirlər artıq başlayıb, çox vacib məsələdir ki, Cümhuriyyət qurucularımızın və fəallarının bir çoxunun məzarının qardaş Türkiyədə yerləşdiyini nəzərə alaraq burada bu kimi vacib məsələlər qısa zamanda həyata keçsin və mən müvafiq qurumları bu istiqamətdə addımlar atmağa çağırıram."



 

Oxunma sayı : 366

SON XƏBƏRLƏR
Qənirə Paşayeva Milli Məclisdə tələbələrin problemlərindən danışdı - 21 Noyabr 2017, 21:52
Sabah Bakının bir hissəsi təbii qazsız qalacaq - 21 Noyabr 2017, 20:23
İordaniyada pişiyi dövlət işinə götürdülər - 21 Noyabr 2017, 19:54
Deputatdan Elman Rüstəmova irad: “Azərbaycanda bank sistemi dağılır” - 21 Noyabr 2017, 19:51
Ən təhlükəli parollar açıqlandı - 21 Noyabr 2017, 19:28
General: “Qarabağ”-ın oyununda təhlükəsizlik təmin olunacaq - 21 Noyabr 2017, 19:06
Fədayə Laçın ev dustağı olmaq istəyir - 21 Noyabr 2017, 18:45
Dövlət müşavirləri vəzifəsi ləğv edildi – SƏRƏNCAM - 21 Noyabr 2017, 18:21
Azərbaycanda üçəm doğuldu: Mehriban, Leyla, Arzu - 21 Noyabr 2017, 17:42
Sevinc Ağasıyeva: "Bu işdən çox böyük zövq aldım" - FOTOSESSİYA - 21 Noyabr 2017, 17:38
Ərdoğan: Kim nə qədər istəyir narahat olsun, biz AES tikəcəyik - 21 Noyabr 2017, 17:23
"Banklar vətəndaşlara kömək etsin" - Siyavuş Novruzov - 21 Noyabr 2017, 17:15
Azərbaycanlı futbolçu həbs edildi - İran vətəndaşını qarət etdiyi üçün - 21 Noyabr 2017, 16:53
Yeni Azərbaycan Partiyasının yaradılmasından 25 il ötür - 21 Noyabr 2017, 16:47
“BakuBus”ın avtobusu gənc qızı vurdu - 21 Noyabr 2017, 16:46
İqtisad Universitetinin rektoru Ədalət Muradov Təhsil Naziri olmaq istəyir - 21 Noyabr 2017, 16:32
"Xarici şok baş verməzsə, valyuta bazarında sabitlik qorunacaq" - Elman Rüstəmov - 21 Noyabr 2017, 16:27
Suraxanıda körpə meyiti aşkarlandı - 21 Noyabr 2017, 16:23
"Bəzi səfirliklər bağlansın" - Deputatdan tələb - 21 Noyabr 2017, 16:21
İDDİA! Hüseyn Abdullayev "Azərsun"a basqın edib: biznesmen döyülüb, seyfindən 180 min dollar aparılıb? - AÇIQLAMA - 21 Noyabr 2017, 16:06
"Dəmirbank"a depozit qoymaq istəyənlərin milyonları mənimsənildi - 21 Noyabr 2017, 16:02
"Mənimlə yatın, yaxşı qiymət yazım" - əxlaqsız müəllimdən təklif - 21 Noyabr 2017, 16:00
Gəncədə “Bugünkü yatırım sabaha inamdır” gənclər üçün məşğulluq layihəsi həyata keçiriləcək - 21 Noyabr 2017, 15:57
“4 dil bilir, ona görə fikrini səhv ifadə edib” - Vaqif Əsədov - 21 Noyabr 2017, 15:53
Bu filmdə İrəvanın orta əsr Azərbaycan şəhəri olması faktı təsdiqlənir - VİDEO - 21 Noyabr 2017, 15:50
Mətanətin qızının Antalyadakı toyundan - FOTOLAR + VİDEO - 21 Noyabr 2017, 15:46
“ASAN Radio” Gəncədə yayıma başladı - 21 Noyabr 2017, 15:44
Bakıda daha bir avtobusun hərəkət trayektoriyası dəyişdi - 21 Noyabr 2017, 15:40
"Çelsi" Bakıda 150 polisin mühafizəsi altında məşq edəcək - 21 Noyabr 2017, 15:32
Lənkəranda “zapravka”da yanğın - Yaralananlar var - 21 Noyabr 2017, 15:25
Azərbaycanlı məşhurlar gömrük işçilərinə qarşı: "Bu adamların tərbiyəsizliyinə nə vaxt son qoyulacaq?" - 21 Noyabr 2017, 15:04
"Əlimdə olan futbolçular məni qane edir" - Qurban Qurbanov - 21 Noyabr 2017, 14:31
Azərbaycan sərt pul siyasət yürüdəcək - 21 Noyabr 2017, 14:16
Konte: ""Qarabağ" son 2 oyunda əla çıxış edib" - 21 Noyabr 2017, 14:13
“Heydər Əliyev bizə müasir Azərbaycanı bəxş edib” - Deputat - 21 Noyabr 2017, 14:03
Sürücüləri hər gün bezdirən siğorta şirkətləri: Nömrələrimizi onlara kim satır? - 21 Noyabr 2017, 13:56
Əliyar Ağayev "Beşiktaş" - "Portu" oyununda - 21 Noyabr 2017, 13:42
Azərbaycanlı manyakdan dəhşətli etiraflar: "Adam ətindən qutab bişirib vağzalda satırdıq" - VİDEO - 21 Noyabr 2017, 13:22
“Alkoqollu içkilər və siqaretin qiyməti iki dəfə arta bilər” - Maliyyə naziri - 21 Noyabr 2017, 13:22
Sabah bəzi yerlərdə sulu qar yağacaq - 21 Noyabr 2017, 13:14
Azərbaycan dövləti Rasim Balayevi müalicə üçün Türkiyəyə göndərir - 21 Noyabr 2017, 12:52
Bəstəkarlar İttifaqında Qənirə Paşayeva ilə görüş keçirildi - 21 Noyabr 2017, 12:48
"Qarabağ danışıqları tezliklə başa çatmayacaq” - Lavrov - 21 Noyabr 2017, 12:36
Yasəmən Əliyeva ilə bağlı yazı təkzib edildi – “Şikayətçi” “itib” - 21 Noyabr 2017, 12:29
“Yalandır, 1000 manat yox, 160 manat pensiya alıram” - Rasim Balayev - 21 Noyabr 2017, 12:21
Bütün xəbərlər >>


Ünvan: Bakı şəhəri, Zərifə Əliyeva küçəsi 32, Ofis 10
Bizim email ünvanımız: [email protected]
Əlaqə nömrəsi
012-493-13-65
077-270-01-10