01:24 çərşənbə, 17 Yanvar 2018
SOSİAL

Müxalifətin mitinqinə qatılan aktyorlar nazirliyə çağırıldı - SƏBƏB

14:11, 12.10.20178917
Müxalifətin mitinqinə qatılan aktyorlar nazirliyə çağırıldı - SƏBƏB
Xəbər verdiyimiz kimi, Milli Şuranın oktyabrın 7-də "Məhsul” stadionunda keçirdiyi mitinqdə incəsənət nümayəndələrinin də qatıldığı məlum olub. Onların arasında Abbas Qəhrəmanov, İlqar Cahangir və Ayşad Məmmədli də olub.
 
AZXEBER.COM-un məlumatına görə, bu xəbərdən sonra adıçəkilən aktyorlar Mədəniyyət və Turizm nazirliyinə çağırılıb və onlarla söhbət olub. Aktyorlardan Milli Şuranın mitinqinə hansı səbəbdən qatıldığı soruşulub. Onlar da məsələninin təfərrüatlarını danışıb. 
 
Aktyor Abbas Qəhrəmanov mitinqə qatılmasını belə əsaslandırıb: "Mən siyasətə qarışmıram, yaradıcılıq işlərimlə məşğulam. Çünki siyasətə qatılsam, sənətim bir tərəfdə qalar. Mitinqə isə sadəcə, maraq xatirinə getmişdim ki, görüm bu müxalifət inkişaf edir, ya yox. Gördüm ki, heç bir irəliləyiş yoxdur, qayıdıb gəldım evə". 
 
Qeyd edək ki, aktyorların işdən çıxarılması xəbəri yayılsa da, sonradan bu məlumat təkzib olunub. 
0
XƏBƏR LENTİ