18:46 çərşənbə, 26 Iyun 2019
İDMAN

"Mxitaryan Bakıda oynamaq hüququna malikdir" - Elxan Məmmədov

11:23, 18.05.20195549
AFFA-nın baş katibi Elxan Məmmədov "Arsenal"ın erməni futbolçusu Henrix Mxitaryanın Bakıda keçiriləcək Avropa Liqasının final matçına gəlməsində problem olmadığını deyib.

AZXEBER.COM sportal.az-a istinadən xəbər verir ki, 39 yaşlı funksioner bunun üçün UEFA-ya qaranti verdiklərini deyib:

"Hökumətimiz Mxitaryanın Bakıya gəlməsiylə bağlı UEFA-ya qaranti verib. Bu səbəbdən də təhlükəsizliklə bağlı problem yoxdur. Bu məsələnin mətbuatda, ictimaiyyətdə, xüsusilə də İngiltərədə belə müzakirə edilməsinə təəccüblənirik. "Arsenal" rəsmiləri Bakıya səfər ediblər, onlarla müzakirələrimiz olub. Ötən il "Arsenal"ın Bakıda "Qarabağ"a qarşı keçirəcəyi oyunda da Mxitaryanın təhlükəsizliyi üçün təminat verilmişdi. Ancaq baş məşqçi zədə və ya başqa səbəbdən onu Azərbaycana gətirmədi. Henrix Mxitaryanın Bakıya səfər etməsi üçün heç bir problem olmayacaq. Son 10 ildə erməni idmançılar Bakıya problemsiz gəliblər. İdman siyasətdən uzaqdır, tamamilə ayrıdır. Ona görə də Mxitaryan finalda oynamaq hüququna malikdir".

Henrix Mxitaryan 2015-ci ildə Almaniyanın Dortmund "Borussiya"sı ilə Avropa Liqasının qrup mərhələsində "Qəbələ" ilə Bakıda keçirilən oyunu üçün səfər etməmişdi. Ötən il isə "Arsenal" 30 yaşlı yarımmüdafiəçini "Qarabağ"la Avropa Liqasının qrup mərhələsində keçirilən oyunda Azərbaycana gətirməmişdi.
XƏBƏR LENTİ