19:55 Bazar Günü, 17 Dekabr 2017
Maqazin

"Məni təhqir edən insanı hüquqi yolla tapdıq, həmin insan yalvardı ki, qələt eləmişəm, məni bağışla" VİDEO

17:29, 19.06.20176362
"Maşın şou” yarışmasının yadda qalan iştirakçılarından olan müğənni Nadir Qafarzadə yaradıcılığında yenilik edib.
 
AZXEBER.COM- açıqlama verən ifaçı bildirib ki, 1 ay ərzində 3 yeni mahnı təqdim edib: "Demək olar ki, Azərbaycanda ən çox mahnı təqdim edən ifaçı mənəm. Bu özündən razılıq yox, bir faktdır. Oxudum əksər mahnılar da dillər əzbəri olur. Bu da məni bir müğənni olaraq sevindirir. Bu gün də sözləri Nadoya, musiqisi həmkarım Nurlan Təhməzliyə məxsus "Çox gözəldi” adlı mahnımı dinləyicilərin ixtiyarına verdim. Yay olsa da hələ mən istirahətə yollanmamışam. Çünki başım "Maşın şou”ya qarışmışdı. Növbəti aylarda isə istirahət etməyi düşünürəm”.

N.Qafarzadə sosial şəbəkədə ona tənqid yazanlara da səslənib: "Bəzən sosial şəbəkədə mənə tənqidi fikirlər yazırdılar, həmin an cavablarını da alırlar. Görürdüm ki, kişilikdən xəbərsizlər kişilik dərsi keçmək istəyir. Amma bu yaxınlarda məni təhqir edən insanı hüquqi yolla tapdıq, həmin insan yalvardı ki, qələt eləmişəm, məni bağışla. Mən də onu gəncliyinə bağışladım. Amma bu gündən sonra başılamayacm. Bu işi hüquqi yolla yoluna qoyacam”.
 

0
XƏBƏR LENTİ