00:52 Cümə, 15 Dekabr 2017
SİYASƏT

Nalbandyan Elmar Məmmədyarovla görüşdən danışdı

16:17, 07.12.2017150
Nalbandyan Elmar Məmmədyarovla görüşdən danışdı

Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Azərbaycanın XİN başçısı Elmar Məmmədyarovla son görüşün müsbət ab-havada keçdiyini bildirib.

AZXEBER.COM Report-a istinadən xəbər verir ki, o, bu barədə ATƏT-ə üzv olan ölkələrin xarici işlər nazirləri Şurasının Vyanada keçirilən illik iclasında çıxış edərkən deyib.

"Elmar Məmədyarovla dünənki görüşümüz, ümumilikdə, müsbət ab-havada keçdi. İndi hadisələrin inkişaf edəcəyini gözləyirik", - diplomat vurğulayıb.

E.Nalbandyan Azərbaycan və Ermənistan prezidentlərinin Cenevrədəki görüşünü müsbət qiymətləndirərək tərəflərin ortaq fikrə gəldiklərini vurğulayıb.

Xatırladaq ki, Azərbaycan və Ermənistan XİN başçıları Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini müzakirə etmək məqsədilə dünən Vyanada görüşüblər.

Bundan əvvəl isə E.Məmmədyarov və E.Nalbandyan ayrı-ayrılıqda Minsk qrupunun həmsədrləri ilə görüş keçiriblər.


0
XƏBƏR LENTİ