05:30 Bazar Ertəsi, 18 Iyun 2018
Maqazin

"Namaz qılanlardan çox dualar oxuyuram" - Məleykə Əsədova

17:38, 12.01.20182665
"Kim mənim dünyama kirli əllərini uzadırsa, Allah bilsin, cəzasını versin”.

Bu sözləri xalq artisti Məleykə Əsədova sosial şəbəkədə yazıb.

Aktrisa bir müddət əvvəl Seyid Lazım ağa ziyarətgahında "Quran" əvəzinə Hacı Xavər Xanımın "Allaha pənah, Allaha təvəkkül" kitabını öpərək alnına qoymuşdu. Onun bu hərəkəti sosial şəbəkədə tənqid edilmişdi. Əsədova onu tənqid edənlərə cavab verib:

"Namaz qılmıram, çünki buna hazır deyiləm. Məni tanıyan bütün insanlar bilir ki, namaz qılanların bəzisindən çox "Quran" ayələri, dualar oxuyuram. Hansı ziyarətə gedirəm duasını oxuyub səcdə edirəm. Balaca vərəqin üstündə "Quran" ayəsi görsəm, öpüb gözümün üstünə qoyuram. Qüsuru insanlarda yox, əvvəl öz içinizdə axtarın. Ömür çox qısadır, ona-buna pislik etməkdənsə, öz şəxsi həyatınızla məşğul olun. Eybi yox, başı açıq olun, amma Allaha saf hissləriniz olsun. Allah məni və qızımı şeytan ruhlu insanlardan qorusun”.
 
///Axşam.az-
XƏBƏR LENTİ