04:13 çərşənbə Axşamı, 23 Aprel 2019
İQTİSADİYYAT

“Nar” Gəncə şəhərində yeni rəsmi mağazasını təqdim etdi

12:51, 07.02.20193603
“Nar” Gəncə şəhərində yeni rəsmi mağazasını təqdim etdi
"Nar” paytaxtla yanaşı, digər şəhər və rayonlarda yaşayan sakinlərin rahatlığını və onlara göstərilən xidmət səviyyəsini daha da artırmaq məqsədilə, mağazalarının sayını artırmaqda davam edir.
 
AZXEBER.COM xəbər verir ki, mobil operator növbəti rəsmi mağazasını Gəncə şəhərində təqdim edib. Yeni konseptə uyğun və müasir avadanlıqlarla təchiz edilmiş mağazada "Nar” sakinlərə müxtəlif təkliflərlə xidmət göstərəcək. Mağazada müştərilərə nömrələr üzərində müxtəlif əməliyyatların həyata keçirilməsi, satışı, internet paketlərinin alışı, telefonların satışı ilə yanaşı, diler əməkdaşları tərəfindən digər yüksəkkeyfiyyətli müştəri xidmətləri göstəriləcək. Qeyd edək ki, yeni dükan Gəncə şəhəri, Vəli  Xuluflu küçəsində (Qafqaz Ticarət Mərkəzində) yerləşir. 

Mobil operator yeni mağazanın təqdimatı ilə əlaqədar olaraq, 7,8,9 fevralda müştərilərə "Nar” nömrələr hədiyyə verəcək. Bundan başqa, telefon və aksesuar alanlara da hədiyyələr təqdim ediləcək. 

"Nar” mağazalarının ünvanı və xidmətləri haqqında ətraflı məlumatı nar.az/map internet səhifəsindən öyrənmək olar.
 

 


XƏBƏR LENTİ