16:11 Cümə, 20 Iyul 2018
İQTİSADİYYAT

“Nar”-ın dəstək olduğu “Brain Ring” bilik yarışlarının qalibi “Göyçay” komandası oldu

17:14, 29.06.20184548
“Nar”-ın dəstək olduğu “Brain Ring” bilik yarışlarının qalibi “Göyçay” komandası oldu
"Nar”-ın ənənəvi olaraq dəstək verdiyi "Brain Ring” intellektual bilik yarışlarının on birinci mövsümü başa çatdı. Yarışlarda respublikanın 15 bölgəsi və 10 ali məktəbini təmsil edən 34 komanda bilik mübarizəsi aparırdı.

2018-ci ildə keçirilmiş "Brain Ring” intellektual yarışlarında ilk ayın qalibi "Norm Sement” komandası oldu. Sonrakı aylarda möhtəşəm oyun nümayiş etdirən "Göyçay” komandası üç ay dalbadal qələbəyə layiq görüldü. 2014-cü ildən başlayaraq yarışlarda iştirak edən "Göyçay” komandası ənənəvi olaraq ilin ilk yarısında oynanılan "Nar” kubokunun da qalibi oldu. Bununla bağlı, kubokun qalibi olmuş komandanın şərəfinə mobil operator tərəfindən hədiyyələrdən əlavə Göyçay şəhərində xüsusi dizayn edilmiş bilbordlar da quraşdırıldı.

Xatırladaq ki, "Brain Ring” intellektual yarışlarının yayımı zamanı televiziya tamaşaçıları üçün xüsusi bir müsabiqə də keçirilirdi. Belə ki, verilişin yayımı zamanı "Nar”-ın "Twitter” hesabında qoyulan suala ən tez cavab verən izləyicilər xüsusi hədyyələr qazanırdılar. "Brain Ring” həvəskarları bu intellektual yarışı izləmək fürsəti ilə yanaşı, həm də "Nar”-dan hədiyyə qazanmaq şansı əldə etdilər.

"Nar”-ın dəstək olduğu layihələr barədə ətraflı məlumatı nar.az internet səhifəsindən öyrənmək olar.

"Azerfon” şirkəti 21 mart 2007-ci ildə "Nar Mobile” ticarət nişanı ilə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilmişdir. "Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilmişdir. "Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim etmiş və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə vermişdir. Mobil operator şəbəkə keyfiyyətinin davamlı təkmilləşdirilməsi strategiyası çərçivəsində səs keyfiyyətinin nəzərəçarpacaq dərəcədə artımını və səsin təmiz ötürülməsini təmin edən "HD-Voice” (High Definition Voice) xidmətini təqdim etmişdir. "Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 6500-dən artıq baza stansiyası ilə 2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.
XƏBƏR LENTİ