05:41 Cümə Axşamı, 12 Dekabr 2019
İQTİSADİYYAT

Nar Mobile Ramazan bayramı ərəfəsində sosial layihələr həyata keçirir

16:23, 05.08.20131010
Nar Mobile Ramazan bayramı ərəfəsində sosial layihələr həyata keçirir

Nar Mobile valideyn himayəsindən məhrum olan uşaqlar üçün iftar süfrəsi təşkil edib

Müxtəlif səpkili xeyriyyə aksiyaları ilə yadda qalan Nar Mobile mobil operatoru bu il də müqəddəs Ramazan bayramı ərəfəsində növbəti xeyriyyə təşəbbüsü ilə çıxış edib. Bu məqsədlə bayram ərəfəsində bir neçə uşaq evini ziyarət etmiş şirkət əməkdaşları valideyn himayəsindən məhrum olan azyaşlılar və imkansız ailələr üçün iftar süfrəsi təşkil etmiş, uşaqlara hədiyyələr təqdim etmişlər.

Azərbaycan Uşaqlar Birliyində təşkil edilən aksiyada iştirak etmiş Nar Mobile əməkdaşları balacaların bayram sevincini bölüşmüş və “Azerfon” şirkətinin baş icraçı direktoru cənab Kent Maknilinin təbrik mesajlarını onlara çatdırmışlar.

Məlumdur ki, müqəddəs Ramazan ayı paklığı, şəfqət və mərhəməti, birlik və bərabərliyi, ən ülvi insanlıq duyğularını təcəssüm edir. Mənəvi dəyərləri tərənnüm edən bu müqəddəs ayda ailə qayğısı, bərəkət anlayışı və xeyirxahlıq xüsusi əhəmiyyət kəsb edir.

Hər zaman milli-mənəvi dəyərlərə və humanizm prinsiplərinə sadiq qalan Nar Mobile dа bu gözəl bayram ərəfəsində məhz bu meyarları əldə rəhbər tutaraq, ata-ana qayğısından məhrum olmuş yeniyetmələrin və uşaqların hərtərəfli inkişafına yardım etmək məqsədilə bir sıra layihələr həyata keçirmişdir. Kimsəsiz uşaqlara, ata-ana qayğısından məhrum olmuş körpələrə yardım əlini uzatmaq hər bir azərbaycanlının vətəndaşlıq borcudur.

Nar Mobile mobil operatorunun davamlı olaraq müxtəlif səpkili xeyriyyə aksiyaları keçirdiyi və bu kimi silsilə tədbirlərin Azərbaycanda artıq xeyirxah bir ənənəyə çevrildiyi xüsusi qeyd edilməlidir.

XƏBƏR LENTİ