“Nar” qəbul imtahanlarında ən yüksək nəticə göstərmiş abituriyentləri mükafatlandırdı

11 Avqust 2017, 10:12
AAA

 

"Nar” çoxşaxəli korporativ sosial məsuliyyət (KSM) strategiyası çərçivəsində 2017-ci ildə ali məktəblərə qəbul imtahanları zamanı ən yüksək nəticə göstərərək 700 bal toplamış abituriyentləri dəyərli hədiyyələrlə mükafatlandırdı. 10 avqust 2017-ci il tarixdə ictimaiyyət və media nümayəndələrinin iştirakı ilə keçirilən mükafatlandırma mərasimində Azərbaycanın müxtəlif bölgələrini təmsil edən və ilin ən uğurlu abituriyenti adını qazanan 15 gəncə "Nar” operatoru adından ən müasir smartfonlar, eləcə də mobil internet və zənglər üçün ödənişsiz balans təqdim edildi.

 

Tədbirdə iştirak edən qonaqlar abituriyentlərlə yaxından tanış olmaq və onları şəxsən təbrik etmək imkanı qazandılar. "Nar” operatorunun ictimaiyyətlə əlaqələr üzrə rəhbəri Əziz Axundov da, öz növbəsində, gəncləri təbrik edərək onlara gələcək karyeralarında müvəffəqiyyətlər arzuladı:

 

"Bu böyük uğura imza atmış gənclərimizi "Nar” adından təbrik etmək bizi çox fərəhləndirir. Məhz göstərdikləri yüksək əzmkarlıq və çalışqanlıq kimi təqdirəlayiq xüsusiyyətlər sayəsində gənclərimiz bu nailiyyəti əldə ediblər. İnanıram ki, bu uğur digər gənclərimiz üçün əla bir stimul olacaq və gələcəkdə onların böyük uğurlara imza atmalarını şərtləndirəcək”, - deyə Əziz Axundov sözlərinə əlavə etdi.

 

Qeyd edək ki, təhsil "Nar” operatorunun KSM strategiyasının ən vacib istiqamətlərindən biridir. Gənclərdə oxumaq həvəsi oyatmaq, layiqli təhsil almaları üçün onlarda motivasiya yaratmaq mobil operatorun ən ümdə məqsədlərindən biridir. Belə stimullaşdırıcı proqramlardan biri də Azərbaycan Texniki Universiteti ilə imzalanmış tərəfdaşlıq müqaviləsi çərçivəsində həyata keçirilir. Belə ki, mobil operator universitetdə ən müasir avadanlıqlarla təchiz edilmiş "Nar” GSM laboratoriyası yaratmış, semestr ərzində Radiotexnika və rabitə fakültəsinin ən yaxşı nəticə göstərmiş tələbələrini xüsusi hədiyyələrə layiq görmüşdür. Təhsil və maariflənmənin inkişafına xüsusi önəm verən "Nar” bu kimi təşəbbüslərlə tələbələrə dərslərində daha uğurlu olmaları üçün əlavə stimul verməyə çalışır.

 

"Azerfon” şirkəti 21 mart 2007-ci ildə "Nar Mobile” ticarət nişanı ilə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. "Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. "Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. 2,3 milyon istifadəçisi olan "Nar” hazırda ölkə ərazisinin 99%-ni əhatə edən və 6000-dən artıq baza stansiyasından ibarət olan geniş şəbəkəsi ilə abunəçilərinə yüksəkkeyfiyyətli xidmət göstərir.


Oxunma sayı : 109

Loading...
SON XƏBƏRLƏR
Sumqayıtda 10 nəfəri it dişləyib - 5 yaşlı qız öldü - 17 Avqust 2017, 15:33
Xətai sakinləri uşaqları ilə aksiya keçirdilər:"Məmurlar həyətimizi milyonçu sahibkara satıb" (VİDEO) - 17 Avqust 2017, 15:19
"Kopenhagen" - "Qarabağ" oyununu stadionda izləmək istəyənlərə şad xəbər - 17 Avqust 2017, 15:08
DYP-dən Rəşad Sadiqovla bağlı açıqlama: "Səmimi deyil" - 17 Avqust 2017, 15:05
Nuranın oğlu anası üçün klip çəkdi - VİDEO - 17 Avqust 2017, 14:38
Bayram namazı nə vaxt qılınacaq? - 17 Avqust 2017, 14:32
"Qarabağ"ın qapıçısı milliyə dəvət aldı - 17 Avqust 2017, 14:16
Əfqan Muxtarlı və Gözəl Bayramlının həbs müddəti uzadıldı - 17 Avqust 2017, 13:57
Baldızının şəkillərini kəsib, çılpaq qadınların üzünə yapışdırdı - 17 Avqust 2017, 13:49
Dənizdə batanların adları - 17 Avqust 2017, 13:43
Türkiyədə dünyasını dəyişən aktrisa Bakıda anıldı - FOTOLAR - 17 Avqust 2017, 13:40
Şimşək, külək, yağış - Nazirlikdən əhaliyə xəbərdarlıq - 17 Avqust 2017, 13:04
Ağdaşda arvadını döyən kişiyə ağır cəza: qulağını kəsdilər - 17 Avqust 2017, 12:38
Bölgələrdə yaşayan ünsiyyət məhdudiyyətli gənclər üçün “Təlim məktəbi” layihəsinin ilk mərhələsi başa çatdı - 17 Avqust 2017, 12:34
"Baxmağa normal veriliş tapa bilmirəm" - MTRŞ sədri - 17 Avqust 2017, 12:32
Bakıda həbsxanada məhkumlar arasında dava düşdü: yaralı var - 17 Avqust 2017, 12:07
Əli Həsənovun nəvəsinin işində yenilik: vəkili dəyişdi - 17 Avqust 2017, 12:04
Futbolçumuzun avtomobili əlindən alındı: “Yol polisi məndən 500 manat istədi...” - 17 Avqust 2017, 11:50
Elzadan gəlininə ad günü təbriki - 17 Avqust 2017, 11:43
Bakıda ana və övladları itkin düşdü - 17 Avqust 2017, 11:30
Bakıda bomba həyəcanı: Maşınıma partlayıcı qurğu qoyublar - 17 Avqust 2017, 11:06
Şəhərin mərkəzində şok hadisə: hər kəsin önündə təcavüz etdi, sonra... - 17 Avqust 2017, 10:49
Xəzər iki gənci uddu: birinin 19 yaşı var... - 17 Avqust 2017, 10:31
Bakıda 32 yaşlı kişi özünü asdı - 17 Avqust 2017, 10:17
Gədəbəydə kütləvi dava - Ölən var - 17 Avqust 2017, 10:15
Bakıda qadınlar arasında bıçaqlaşma - 17 Avqust 2017, 10:10
Azərbaycanda nadir tapıntılar oğurlanıb - 16 Avqust 2017, 22:43
Prezident müğəninin ərini mükafatlandırdı - 16 Avqust 2017, 21:50
Bələdiyyə sədrləri cərimələnib - 16 Avqust 2017, 21:02
Bir qrup hərbçi şəhid mayorun ailəsinə baş çəkib - 16 Avqust 2017, 20:13
Yasa gedən şəxslər qəzaya düşüb, ölənlər və xəsarət alanlar var - 16 Avqust 2017, 19:12
Xəzərdə bir nəfər batdı - Axtarış aparılır - 16 Avqust 2017, 17:36
Ali məktəblərə qəbul planının neçə faizi dolub? - RƏSMİ AÇIQLAMA - 16 Avqust 2017, 17:31
Əfran İsmayılov: "Sosial şəbəkələrdə məni söyənlərə demək istəyirəm ki ..." - 16 Avqust 2017, 17:22
Dolların sabaha olan məzənnəsi - 16 Avqust 2017, 17:11
Masallıda ana və iki azyaşlı övladı yandı - 16 Avqust 2017, 17:04
Əfran üçün…Mahirləri qorxuzmayın! - 16 Avqust 2017, 16:51
DSX-nın bir qrup hərbi qulluqçusu təltif edildi - SİYAHI - 16 Avqust 2017, 16:47
İmişli DSMF-nin əməkdaşı II qrup əlildən rüşvət istədi - Audio - 16 Avqust 2017, 16:34
Prokurordan Akif Çovdarova 15 il həbs tələbi - 16 Avqust 2017, 16:34
Astan Şahverdiyevə "şərəfsiz" deyən keçmiş deputat onun müdafiəsinə qalxdı - 16 Avqust 2017, 16:32
Prezident “Azərsu”ya 4 milyon manat ayırdı - 16 Avqust 2017, 16:20
Məktəbli qızı zorlayan sinif yoldaşlarından biri məmur oğludur - 16 Avqust 2017, 16:00
Niyam Salami bunu ilk dəfə etdi - VİDEO - 16 Avqust 2017, 15:43
Bulvarda qadın hər kəsin gözü önündə intihar etdi - FOTOLAR - 16 Avqust 2017, 15:30
Bütün xəbərlər >>


Ünvan: Bakı şəhəri, Zərifə Əliyeva küçəsi 32, Ofis 10
Bizim email ünvanımız: [email protected]
Əlaqə nömrəsi
012-493-13-65
077-270-01-10