00:38 çərşənbə Axşamı, 22 May 2018
SOSİAL

"Narazılıq etsək, Allaha da xoş getməz" - Şeyxülislam

12:09, 14.02.2018459
"İlham Əliyevin hakimiyyətə gəlişindən sonra dini sahədə çoxlu müvəffəqiyyətlər olub".
 
APA-nın məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə bu gün idarədə keçirilən tədbirdə bildirib.

O qeyd edib ki, Sovet İttifaqı dövründə müsəlmanlar əziyyət çəkib, yalnız müstəqillikdən sonra rahat ibadət edilməyə başlanılsa da, Heydər Əliyevin yenidən hakimiyyətə gəlişi ilə müsəlmanlar birləşməyə başlayıb: "Bu gün biz Azərbaycanda dindarlara yaradılan şəraitdən narazılıq etsək, Allaha da xoş getməz. Ona görə də şükr edək".
XƏBƏR LENTİ