16:33 Bazar Günü, 24 Iyun 2018
SOSİAL

“National Geographic”dən Azərbaycana qarşı təxribat: Turistləri Qarabağa səfər etməyə çağırdılar

14:04, 31.05.20183517
“National Geographic”dən Azərbaycana qarşı təxribat: Turistləri Qarabağa səfər etməyə çağırdılar

Dünyanın məşhur "National Geographic” jurnalının Ermənistanla bağlı hazırladığı məqalədə turislərin Dağlıq Qarabağa səfər etmələri üçün çağırış edilib.

 

AZXEBER.COM xəbər verir ki, jurnalın sonuncu sayında Ermənistanın müharibə şəraitində olmasına baxmayaraq turistlərin ziyarəti üçün əlverişli ölkələrdən biri olması qeyd edilib. Tara Isabella Burton adlı jurnalistin müəllifi olduğu yazıda Ermənistanla bağlı təhrif edilmiş tarixi məlumatlar da öz əksini tapıb. Məqalədə ermənilərin bu ərazilərin tarixən əsas sakinləri olduğu yazılıb.

 

Jurnalist yazısında qondarma Dağlıq Qarabağ Respublikasına səfər edəcək turistlərin ləziz təamlardan dadacaqlarına əminliyini qeyd edib. O, səfər etmək istəyən turistlərə kiçik xatırlatma da edib:


"Əgər siz Ermənistandan sonra Azərbaycana səfər etmək istəyirsinizsə sərhəd xidməti sizin bu istəyinizi bilib səfərinizi ləngidə bilər. Əgər Qarabağa səfər edəndən sonra Azərbaycana getmək istəsəniz, o zaman bu ölkəyə sizi buraxmayacaqlar”.

 

Jurnal yazını öz rəsmi "Facebook” hesabında paylaşandan sonra azərbaycanlı istifadəçilər etirazlarını bildiriblər.


Qeyd edək ki, bir neçə il öncə keçmiş Nəqliyyat Naziri Ziya Məmmədovun oğlu, "Garant" Holdingin prezidenti Anar Məmmədov "National Geographic" jurnalının Azərbaycanda yerli dildə dərcinə başlamışdı. "Garant" Media Holdingin nəzdində çap edilən jurnalda Azərbaycanla bağlı məlumatlar öz əksini tapırdı. Ziya Məmmədovun işdən azad edilməsindən sonra Anar Məmmədov jurnalın çapını dayandırdı.

 


XƏBƏR LENTİ