04:05 çərşənbə Axşamı, 21 Avqust 2018
SİYASƏT

NATO təlimində Ərdoğan və Atatürk təhqir edildi — QALMAQAL

18:35, 17.11.2017721
NATO təlimində Ərdoğan və Atatürk təhqir edildi — QALMAQAL
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan bəyan edib ki, Ankara Norveçdə keçirilən NATO təlimlərindən 40 hərbçisini geri çağırıb.
 
AZXEBER.COM olke.az-a xəbər verir ki, Norveçdə qoyulan stenddə düşmənlərin fotoları asılıb. Fotolar içində Mustafa Kamal Atatürkün və Ərdoğanın fotosu olub.
 
Ərdoğan deyib: "Onlar düşmənlərin portretləri olan stend qoyublar. Orada mənim və Atatürkün fotosu var. Bunu eşidən kimi, Türkiyə ordu baş qərargah rəisi 40 əsgəri geri çağırmaq barədə qərar qəbul etdiyini bizə bildirdi. Biz qərarı dəstəklədik".
 
Türkiyə prezidenti əlavə edib ki, stend yığışdırılsa, rəsmi Ankara mövqeyini nəzərdən keçirə bilər.
XƏBƏR LENTİ