Naxçıvan-Dilucu sərhəd məntəqəsinin bağlanması xəbərinə - Səfirlikdən reaksiya

Naxçıvan-Dilucu sərhəd məntəqəsinin bağlanması xəbərinə - Səfirlikdən reaksiya
SOSİAL
23:19 24.02.2020
2901
Türkiyənin Azərbaycandakı səfirliyi bu ölkənin Naxçıvan-Dilucu sərhəd məntəqəsini bağlaması ilə bağlı xəbərə münasibət bildirib.

Səfirlikdən AZXEBER.COM-a verilən məlumata görə, İranda aşkarlanan koronavirusla bağlı İrandan Türkiyəyə keçidlə bağlı lazımi tədbirlər görülüb. Bu tədbirlər çərçivəsində Naxçıvandan Türkiyəyə keçidlərə də nəzarət gücləndirilib.

"Bu tədbirlər qarşı tərəfə zərər verməmək üçün atılıb. Görülən tədbirlər sərhəddin bağlanması anlamına gəlməməlidir. Məsələ ilə bağlı Naxçıvan Muxtar Respublikasının aidiyyatı qurumları ilə təmsalarımız davam edir", - deyə açıqlamada qeyd olunur.
OXŞAR XƏBƏRLƏR