03:37 çərşənbə, 21 Noyabr 2018
SOSİAL

Nazir: Aşura günündə şagirdlərin dərsdə iştirakına xüsusi diqqət yetiriləcək

18:22, 12.09.20184742
Nazir: Aşura günündə şagirdlərin dərsdə iştirakına xüsusi diqqət yetiriləcək

"Şagirdin əsas işi məktəbdə olmaq, dərs oxumaqdır. Biz düşünürük ki, məktəb rəhbərliyi Aşura günündə şagirdlərin dərsdə iştirakına xüsusi diqqət yetirəcək".

AZXEBER.COM-un məlumatına görə, bunu təhsil naziri Ceyhun Bayramov deyib.

Nazirin sözlərinə görə, məktəb rəhbərliyi, sinif rəhbərləri valideynlərlə birlikdə şagirdlərin tədrisdən yayınmamasına diqqət yetirməlidirlər:

 

"Hesab edirik ki, bu mesajlar sinif rəhbərləri vasitəsilə valideynlərə çatdırılacaq. Valideynlər də şagirdlərin dərsdə iştirakına maraqlı olmalıdırlar və bunu təmin etməlidirlər".

Xatırladaq ki, bu il Aşura günü sentyabrın 20-də olacaq.

XƏBƏR LENTİ