22:11 Cümə Axşamı, 21 Iyun 2018
SOSİAL

Nazir müxalifətin mitinqinə qatılan aktyorlardan danışdı: "Təəssüfləndirici haldır"

16:50, 17.10.20179947
Nazir müxalifətin mitinqinə qatılan aktyorlardan danışdı:

"Əfsuslar olsun ki, dövlət mükafatlarını almış bəzi insanlar bu yaxınlarda gedib dövlət əleyhinə çıxışlar zamanı öz səslərini ucaldıblar. Bu, heç bir mədəniyyət işçisinin daxili dünyasının zənginliyinə uyğun deyil”.

AZXEBER.COM "Report”-a istinadən xəbər verir ki, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

"Əgər dövlət bizim əməyimizi qiymətləndirirsə, biz də onu qiymətləndirməliyik. Axırıncı baş verənlər olduqca təəssüfləndirici haldır”, - deyə, nazir əlavə edib.

Qeyd edək ki, Milli Şuranın oktyabrın 7-də keçirilən mitinqində əməkdar artistlər - İlqar Cahangir və Ayşad Məmmədova, habelə aktyor Abbas Qəhrəmanov iştirak edib.

XƏBƏR LENTİ