13:40 Bazar Ertəsi, 19 Noyabr 2018
SİYASƏT

Nazir ingiliscə Qarabağdan danışdı

22:21, 18.01.2018965
Nazir ingiliscə Qarabağdan danışdı

Yanvarın 18-də "İrs” seriyasının yeni nəşri olan "Qarabağ - əsrlərin salnaməsi” kitabının təqdimatı keçirilib.

AZXEBER.COM  "525"ə istinadən xəbər verir ki, kitabda Qarabağın tarixindən, qarabağlıların keşməkeşli həyatından, habelə XX əsrin 80-ci illərinin sonundan başlayaraq Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətindən, Dağlıq Qarabağın işğalından, Xocalı soyqırımından bəhs olunur.

Beynəlxalq Muğam Mərkəzində keçirilən təqdimat mərasimində mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin çıxışı böyük maraqla qarşılanıb.

Kitab haqqında məlumatı tərcüməçinin yardımından istifadə etmədən, həm də aydın və səlis ingilis dilində çatdıran nazirin nitqi tədbirə qatılan çoxsaylı xarici diplomatlara xoş təsir bağışlayıb, rəğbətlə qarşılanıb.

XƏBƏR LENTİ