05:04 Bazar Ertəsi, 19 Noyabr 2018
TOP4

Nazir Mikayıl Müşfiqin məzarının tapılmasından danışdı: "Bunu sensasiyaya çevirməyin"

13:11, 26.10.20184886
Nazir Mikayıl Müşfiqin məzarının tapılmasından danışdı:
"Mikayıl Müşfiq adı bizim üçün müqəddəsdir. O müqəddəs insanın, şəxsiyyətin qalıqları haqqında danışmağa ehtiyac yoxdur".

Bunu Mədəniyyət və turizm naziri Əbülfəz Qarayev Azərbaycan şairi Mikayıl Müşfiqin məzarının tapılması ilə bağlı mətbuatda yayılan xəbərlərə münasibət bildirərkən deyib.

Nazirin sözlərinə görə, bu məsələ ilə bağlı komissiya müəyyən ediləcək, sənədlər toplanılacaq. "Mikayıl Müşfiqin məzarı ilə bağlı iddialar dəfələrlə qaldırılıb və bu barədə müxtəlif mülahizələr var. Xahiş edirəm, bunu sensasiyaya çevirməyin. Lazım gəldikdə sizə məlumat verəcəyik".
 
///Publika.az
XƏBƏR LENTİ