04:57 Cümə, 22 Noyabr 2019
DÜNYA

Nazirdən Azərbaycanda böyük həyəcanla izlənən serialla bağlı SƏRT XƏBƏRDARLIQ

23:42, 31.10.201913693
Nazirdən Azərbaycanda böyük həyəcanla izlənən serialla bağlı SƏRT XƏBƏRDARLIQ
"Lənət bir serial var "Çukur” adlı. Onun qədər ola bilmiriksə, yazıqlar olsun”.

Bu sözləri Türkiyənin Daxili işlər naziri Süleyman Soylu səsləndirib.

Son zamanların fenomen seriallarına çevrilən və reytinq rekordları qıran, Azərbaycanda da maraqla izlənən "Çukur” və "Adana Sıfır Bir” haqqında danışan nazir bildirib ki, bu tip seriallar uşaqlara pis örnəkdir: "Hər qurumun görəcəyi tədbirlər, atması vacib olan addımlar var. Lənət bir serial var "Çukur” adlı. Onun qədər ola bilmiriksə, yazıqlar olsun. Bir də "Adana Sıfır Bir” var. İkisinin də təsir dairəsi qədər effekt yarada bilmiriksə, yandıq.

Bu iki serial uşaqlarımızı zəhərləyir. İnsanları öz mədəniyyətlərindən uzaqlaşdırır. Mən də heyrətlə baxıram ki, universitet müəllimləri nə işə yarayır? Bu işlə bağlı mədəniyyət xadimləri nə edir? Xüsusilə, bu seriallarla bağlı ortaya nə qoyurlar? Biz uşaqlara başqa nüansları aşılamalıyıq. Bu tip seriallara təəssüf ki, baxırlar. Uşaqlarımızı və gənclərimizi xeyirə, doğru işlərə yönəltməliyik”.

///publika.az
XƏBƏR LENTİ