BAKU AZƏRBAYCAN
8°C
euro 1.8710
dollar 1.7010
rubl 0.0268
lirə 0.2700

Nazirlər Kabineti: Bəzi dövlət qurumlarında işləyənlər bir aylıq məzuniyyətə göndərilir

Nazirlər Kabineti: Bəzi dövlət qurumlarında işləyənlər bir aylıq məzuniyyətə göndərilir
SOSİAL
21:31 20.03.2020
8577

Azərbaycanda koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə tədbirlər davam etdirilir. 

AZXEBER.COM Nazirlər Kabinetinə istinadən xəbər verir ki, belə tədbirlərin ən mühüm hissəsi vətəndaşların ünsiyyətini minimuma qədər azaltmaqdır.

İndiyə qədər mərhələli şəkildə görülmüş tədbirlər ünsiyyətin xeyli azalmasına səbəb olub.  

Bununla belə, işləyən vətəndaşların "özünütəcrid”i qeyri-mümkün olur və infeksiyanın yayılması təhlükəsini artırır. 

Bu səbəbdən, infeksiyanın yayılmasının qarşısının qısa müddətdə və tam şəkildə alınması məqsədilə vətəndaşların "özünütəcrid” üçün daha əlverişli şərtlərlə təmin edilməsinə ehtityac var. 

Vətəndaşların özünü daha ciddi qorumasına şərait yaratmaq məqsədilə Nazirlər Kabineti yanında operativ qərargah tərəfindən bəzi dövlət qurumlarının əməkdaşlarının martın 29-dan aprelin 29-dək əməkhaqqı saxlanılmaqla növbədənkənar məzuniyyətə göndərilməsi haqda qərar qəbul olunub. 

Qərar müvəqqəti xarakterlidir, dövlətin vətəndaşların təhlükəsizliyini daha səmərəli təmin etməsi məqsədilə qəbul olunub və növbədənkənar məzuniyyətə göndərilən vətəndaşların əməkhaqları tam şəkildə ödəniləcək. 

Bu qərar minlərlə vətəndaşın özünü infeksiya təhlükəsindən daha yaxşı qorumasına səbəb olacaq. 

OXŞAR XƏBƏRLƏR