03:15 Bazar Ertəsi, 18 Dekabr 2017
SOSİAL

Nazirlər Kabinetinin əməkdaşlarının “Prado”su aşdı - Ölən və yaralananlar var

15:26, 24.11.20174663
Nazirlər Kabinetinin əməkdaşlarının “Prado”su aşdı - Ölən və yaralananlar var
Ağdaş rayonunda, Biyan zavodu yaxınlığında ağır yol qəzası baş verib.

AZXEBER.COM-un "Report"a istinadən məlumatına görə, "Toyota Prado" markalı avtomobil idarəetmədən çıxaraq dərəyə aşıb.

Hadisə nəticəsində avtomobildə olan 1 qadın ölüb, 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 
 
Qəzaya düşənlərin Nazirlər Kabineti yanında İcbari tibbi sığorta üzrə Dövlət Agentliyinin əməkdaşları olduğu bildirilir.

Hadisə zamanı sürücü və avtomobildə olan 2 nəfər xəsarət alıb,  digər qadın sərnişin isə ölüb. 

Xəstəxanaya yerləşdirilən yaralılardan birinin boynu qırldığından onu dərhal Gəncə şəhərində yerləşən özəl xəstəxanalardan birinə aparılır.

Faktla bağlı araşdırma aparılır. 

0
XƏBƏR LENTİ