12:26 Cümə, 15 Dekabr 2017
İDMAN

Nazirlik Basketbol Federasiyasının ittihamlarına cavab verdi

16:02, 11.10.2017128
Nazirlik Basketbol Federasiyasının ittihamlarına cavab verdi

"2017-ci il ərzində Basketbol üzrə GİN tərəfindən Azərbaycan çempionatının zona və final oyunları, Azərbaycan birinciliyinin zona və final oyunları keçirilib. 3 yaş qrupu üzrə (16-18 yaş) Avropa birinciliyinə komandalar tam heyətlə ezam olunub”.

 

AZXEBER.COM xəbər verir ki, bunu Modern.az saytınaaçıqlamasında Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova Azərbaycan Basketbol Federasiyasının (ABF) ittihamlarını cavablandırarkən belə deyib.

 

Onun sözlərinə görə, 18 yaşlı oğlanlar 2 dəfə Gürcüstanın açıq çempionatına ezam olunub.

 

"Yığma komanda (kişilər) Bişkekə 2 dəfə beynəlxalq turnirə ezam olunub. 20 yaşlı oğlanlar Gürcüstanın Tiflis şəhərinə təlim məşq və yoldaşlıq görüşünə ezam olunub. 3x3 basketbol Daşkəndə ezam olunub.

 

Yeniyetmələrin 1 ci respublika oyunları çərçivəsində oğlanlar arasında Şəmkir, Qax və Oğuzda zona və final yarışları keçirilib. Ümumilikdə 300.000 manata yaxın maliyyə xərclənib. Çempionatlarında icarə haqları və mükafatlar nazirlik tərəfindən ödənilib”.

0
XƏBƏR LENTİ