xari

Nazirlik: Ermənilər Füzulidəki Hacı Ələkbər məscidini dağıdıblar

MƏDƏNİYYƏT
13:59 07.12.2020
206

Füzuli şəhərindəki Hacı Ələkbər məscidi memar Kərbalayı Səfixanın ilkin işlərindəndir.

Mədəniyyət Nazirliyindən AZXEBER.COM-a bildirilib ki, məscidin giriş qapısı üzərindəki daş kitabədə "Memar Kərbalayı Səfixan Qarabağinin işidir” – sözləri yazılıb. Kitabədə məscidin tikilmə tarixi də – hicri tarixi ilə 1307-ci il göstərilir. Bu tarixi miladi təqviminə çevirəndə 1889-1890-cı illərə uyğun gəlir.

1993-cü ildə Füzuli rayonunun Ermənistan tərəfindən işğalından sonra Hacı Ələkbər məscidi yararsız hala düşüb.

OXŞAR XƏBƏRLƏR