Nazirlik özəl xəstəxanalara xəbərdarlıq etdi

05 Aprel 2017, 13:36
AAA
Azərbaycan Səhiyyə Nazirliyi tərəfindən özəl tibb və əczaçılıq müəssisələrinin rəhbərlərinə ciddi xəbərdarlıq edilib. 

Səhiyyə Nazirliyindən verilən məlumata görə, xarici ölkələrdə hazırlıq alan tibb işçilərinin, xüsusilə əcnəbilərin və Azərbaycanda daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin ölkəmizdə tibb fəaliyyəti ilə məşğul olmağa buraxılması barədə Azərbaycan Səhiyyə Nazirliyindən müvafiq şəhadətnamə əldə etmədən tibb fəaliyyəti ilə məşğul olmaları, özəl tibb fəaliyyəti ilə məşğul olmaq üçün tibb müəssisələrinə verilmiş lisenziyanın əlavəsində göstərilən ixtisaslardan və işlərdən kənar işlər üzrə qanunsuz tibb və əczaçılıq fəaliyyətinin həyata keçirilməsi, Səhiyyə Nazirliyi Kollegiyasının 21.10.2015-ci il tarixli 57 nömrəli Qərarı ilə təsdiqlənmiş "Aptek təşkilatlarından dərman vasitələrinin buraxılması Qaydaları”na zidd olaraq xəstələrə resept yazarkən dərman vasitəsinin beynəlxalq patentləşdirilməmiş adının (təsiredici maddə adı) əvəzinə ticarət adının yazılması, bəzi sahibkarlar və fərdi şəxslər tərəfindən ölkəyə qeyri-qanuni idxal olunmuş və dövlət qeydiyyatından keçməyən, müvafiq keyfiyyət sertifikatı olmayan dərman vasitələrinin satışı və tibdə istifadə hallarının geniş vüsət alması və bununla da əhalinin sağlamlığını ciddi təhlükəyə məruz qoyma faktları barədə Səhiyyə Nazirliyinə son zamanlar çoxsaylı müraciətlər daxil olur:

"Nəzərinizə çatdırırıq ki, xarici ölkələrdə hazırlıq alan tibb işçiləri, o cümlədən əcnəbilər və Azərbaycanda daimi yaşayan vətəndaşlığı olmayan şəxslər Nazirlər Kabinetinin 12 yanvar 1999-cu il tarixli 05 nömrəli qərarı ilə təsdiq edilmiş "Xarici ölkələrdə hazırlıq alan tibb və əczaçılıq işçilərinin Azərbaycan Respublikasında tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmağa buraxılması Qaydaları”na uyğun olaraq, yalnız Səhiyyə Nazirliyi tərəfindən verilən müvafiq şəhadətnamə əsasında respublika ərazisində tibb fəaliyyəti ilə məşğul olmağa buraxıla bilər. Bildiririk ki, "Əhalinin sağlamlığının qorunması haqqında” qanunun 46-cı maddəsinin 6-cı hissəsinə əsasən özəl tibb fəaliyyəti ilə məşğul olmaq üçün müəssisəyə verilmiş lisenziyanın əlavəsində göstərilən işlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə yol verilmir. Nazirlər Kabinetinin 2007-ci il 13 iyul tarixli 108 nömrəli qərarı ilə təsdiq edilmiş "Dərman vasitələrinin dövlət qeydiyyatına alınması və reyestrinin aparılması Qaydaları”nın 1.3-cü bəndinə əsasən "Dərman vasitələri haqqında” qanunu ilə müəyyən edilmiş xüsusi hallar istisna olmaqla, dərman vasitələri yalnız Azərbaycan Səhiyyə Nazirliyi və onun səlahiyyət verdiyi qurumu tərəfindən dövlət qeydiyyatına alındıqdan, keyfiyyətini təsdiq edən müvafiq sənəd verildikdən sonra ölkə ərazisinə idxalına, istehsalına, satışına və tibdə istifadəsinə icazə verilir.

Məlumatda qeyd edilir ki, yuxarıda qeyd olunanları nəzərə alaraq, müəssisələrdən Səhiyyə Nazirliyinin müvafiq şəhadətnaməsi olmadan xarici ölkələrdə hazırlıq alan tibb işçilərinin, xüsusilə də əcnəbilərin və Azərbaycanda daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin fəaliyyətinin, həmçinin özəl tibb fəaliyyəti ilə məşğul olmaq üçün verilmiş lisenziyanın əlavəsində göstərilən ixtisaslardan və işlərdən kənar işlər üzrə qanunsuz tibb və əczaçılıq fəaliyyətinin, Səhiyyə Nazirliyinin "Aptek təşkilatlarından dərman vasitələrinin buraxılması Qaydaları”na zidd olaraq reseptlərdə dərman vasitəsinin beynəlxalq patentləşdirilməmiş adının (təsiredici maddə adı) əvəzinə ticarət adının yazılmasının, ölkəyə qanunsuz idxal olunmuş dərman vasitələrinin tibdə istifadəsinin və satışının dərhal dayandırılması istiqamətində zəruri tədbirlərin görülməsi tələb edilir.

Əks təqdirdə belə hallar "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanununun tətbiqi ilə əlaqədar bəzi məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 31.10.2014-cü il tarixli 322 nömrəli Fərmanının 1-ci bəndinə uyğun olaraq insan həyatı və ya sağlamlığına birbaşa və mühüm təhlükə və ya mühüm zərər hesab edilərək, mövcud qanunlara uyğun barənizdə müvafiq inzibati tədbirlərin həyata keçirilməsi məsələsinə baxılacaq.


Oxunma sayı : 508

SON XƏBƏRLƏR
Aqil Ələsgər Beynəlxalq Təhlükəsizlik Simpoziumunda çıxış etdi - 25 Noyabr 2017, 14:44
Azərbaycan əsgərinin meyitinin qaytarılması tələb olunur - 25 Noyabr 2017, 14:29
Azərbaycan kişilərini təhqir edən Pərvinə cavab: " 500 -1000 manatlıq qadına..." - 25 Noyabr 2017, 13:50
Bu xəbərləri yaymaq qadağan edilib - Cərimələnə bilərsiniz - 25 Noyabr 2017, 13:27
Marşrut sahiblərinə XƏBƏRDARLIQ - 25 Noyabr 2017, 13:20
"Aparıcı bakirə olmamalıdır" söhbətinə xanım aparıcılardan maraqlı - Cavablar - 25 Noyabr 2017, 13:16
“Azərbaycan iqtisadiyyatını dəyişdiririk” - İlham Əliyev - 25 Noyabr 2017, 13:14
Bazar günü hava yağmursuz olacaq - 25 Noyabr 2017, 12:44
Bakı metrosunda sərnişinlərə qənim kəsilən qadın tutuldu - 25 Noyabr 2017, 12:32
Ərdoğan aktrisanı tənqid etdi - 25 Noyabr 2017, 11:37
“Çelsi”nin Bakıdan Londona təhlükəli uçuşu - 25 Noyabr 2017, 11:15
Natiq Qədimovun həyat yoldaşı : “Əlvida” demirəm Natiq, görüşəcəyik...” - 25 Noyabr 2017, 00:00
“Şirin”in toyundan – FOTOLAR - 24 Noyabr 2017, 23:54
İlham Əliyevin Brüsselə səfəri başa çatıb – FOTO - 24 Noyabr 2017, 22:46
Brüssel Sammitinin Birgə Bəyannaməsində Şərq Tərəfdaşlığı dövlətlərinin ərazi bütövlüyünü dəstəklənib - 24 Noyabr 2017, 21:29
Hərbi Hava Qüvvələrinin taktiki təlimləri keçirilib - 24 Noyabr 2017, 20:50
Azərbaycanlı aktyor Türkiyədə əməliyyat olunacaq - 24 Noyabr 2017, 18:15
Prezident İlham Əliyev Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədrini təbrik edib - 24 Noyabr 2017, 18:14
“Beşiktaş”ın izi ilə gedəcəyik” – Qurban Qurbanov - 24 Noyabr 2017, 18:10
AFFA Cocuq Mərcanlıda mini-turnir keçirəcək - 24 Noyabr 2017, 18:09
Genişləndirilmiş “Nar” LTE şəbəkəsi artıq bölgələrdə - 24 Noyabr 2017, 17:49
Lider TV-də müzakirə: "Efirə çıxan aparıcı bakirə olmamalıdır" - VİDEO - 24 Noyabr 2017, 17:43
Dolların bazar ertəsinə olan məzənnəsi açıqlandı - 24 Noyabr 2017, 17:31
Məşhur futbolçu 9 il azadlıqdan məhrum edildi: Qızı zorladığına görə - 24 Noyabr 2017, 17:31
"Muğanbank"da "Forex" qalmaqalı: 300 minlik dələduzluq - 24 Noyabr 2017, 17:30
"Azərbaycanda cinayətlərin çox cüzi hissəsini qadına qarşı cinayətlər təşkil edir" - Nazirlik - 24 Noyabr 2017, 17:18
Pərvin Abıyeva: "Azərbaycan kişiləri kobud və köhnə fikirlidirlər, türklər kimi romantik deyillər" - 24 Noyabr 2017, 17:00
Dino Ndlovu "Qarabağ"dan gedir? - 24 Noyabr 2017, 16:53
Ramiz Mehdiyev Nikolay Patruşevlə görüşüb - 24 Noyabr 2017, 16:37
Prezident bu qanunlara dəyişiklik təklif etdi - 24 Noyabr 2017, 16:32
Bakıda avtomobil ana, ata və 2 uşağını vurub qaçdı - FOTO - 24 Noyabr 2017, 16:25
Prodüser Tolikə vəzifə verildi - 24 Noyabr 2017, 16:15
Bölgələrdə 4G-yə qoşul və Azercell-dən Hədiyyə İnternet qazan! - 24 Noyabr 2017, 15:53
Prokuror generalın oğluna 6 il həbs cəzası istədi - 24 Noyabr 2017, 15:47
Nazirlər Kabinetinin əməkdaşlarının “Prado”su aşdı - Ölən və yaralananlar var - 24 Noyabr 2017, 15:26
Ramiz Məlik də Məleykə Əsədovanı məhkəməyə verir - 24 Noyabr 2017, 15:10
“İnsanların həyatını biznesin pozitiv gücü ilə yaxşılaşdırmaq” adlı seminar keçiriləcək - 24 Noyabr 2017, 15:04
AZXEBER.COM-u sosial şəbəkələrdə izləyənlərin sayı milyona yaxınlaşır - 24 Noyabr 2017, 14:52
Qənirə Paşayeva Sudan heyəti ilə görüşdü - 24 Noyabr 2017, 14:47
"Qoca"nın qaçdığına görə həbs olunan komandirin yerinə yeni təyinat - 24 Noyabr 2017, 14:37
İŞİD-in köləsinə çevrilmiş Dilbər: "Atam bizi gətirdi... Özü edam olundu" - 24 Noyabr 2017, 14:27
"Bu uşaqdan nə istəyirsiniz?!" - 24 Noyabr 2017, 14:20
Rusiyada azərbaycanlı sahibkar özünü yandırdı - 24 Noyabr 2017, 14:16
Bu yerlərdə siqaret çəkmək qadağan olunur - Siyahı - 24 Noyabr 2017, 14:13
"Niyə əlillərin deputatlığa namizədliyi irəli sürülmür?" - Nazir - 24 Noyabr 2017, 14:04
Bütün xəbərlər >>


Ünvan: Bakı şəhəri, Zərifə Əliyeva küçəsi 32, Ofis 10
Bizim email ünvanımız: [email protected]
Əlaqə nömrəsi
012-493-13-65
077-270-01-10