22:21 Cümə, 23 Fevral 2018
SOSİAL

Bakıda təşkil edilən beynəlxalq sərgi fiaskosu: Cəmi 7 xarici universitet iştirak etdi (FOTOFAKT)

15:14, 09.10.20173073
Bakıda təşkil edilən beynəlxalq sərgi fiaskosu: Cəmi 7 xarici universitet iştirak etdi (FOTOFAKT)
6-8 oktyabr 2017-ci il tarixlərində Bakı Ekspo Mərkəzində Təhsil Nazirliyinin rəsmi dəstəyi ilə 11-ci Azərbaycan Beynəlxalq Təhsil ("Education 2017”) sərgisi keçirilib. Sərginin təşkilatçısı "İteca Caspian" şirkəti olub. 
 
AZXEBER.COM xəbər verir ki, son illərdə Təhsil Nazirliyi tərəfindən həyata keçirilən yeni layihələr və mövcud təhsil imkanları təqdim etmək məqsədi ilə həyata keçirilən sərgidə beynəlxalq universitetlərin də iştirak ediləcəyi qeyd edilib. Təhsil Nazirliyinin saytında öncədən yerləşdirilən məlumatda Almaniya, Avstriya, Belarus, İtaliya, Latviya, Litva, Macarıstan, Rusiya, Rumıniya, Sinqapur, Slovakiya və digər ölkələr universitet, kollec, ümumi təhsil müəssisələrinin stendlərinin yerləşdiriləcəyi anons edilsə də, sərgidə xarici universitetlərdən bir neçəsi iştirak edib.  

Xarici universitetlərin yerinə isə sərgidə Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Fransız-Azərbaycan Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Texnologiya Universiteti, Azərbaycan Dillər Universitetivə ümumilikdə 14 ali təhsil müəssisəsinin stendləri yer alıb.


Sərgidə iştirak edən təhsil ekspertləri də bu barədə sosial şəbəkələrdə məlumatlar paylaşıblar. Sərgidə iştirak edən İGİB sədri Fərdi Şahbazlının sözlərinə görə iştirakçı olan 40 universitetdən 33-ü Azərbaycandakı təhsil müəssisə, itirakçıların 90%-i isə azərbaycanlı olub. 
 
Iddiaya görə, məktəblilər sərgiyə avtobuslarla gətiriliblər.
 
Sitat: Sərgiyə avtobuslarla gətirilən azərbaycanli gəncler bizim universitetlərin stendini ziyarət etməklə nə qazana bilərlər? Sual olunur, əgər imtahanlar mərkəzləşmiş qaydada keçirilirsə, mən bir gənc kimi hər hansı bir universitetin stendiyle taniş olsam nə olacaq, olmasam nə?! Təhsil Nazirliyi məncə bütün nazirliyi və direktorları sosial şəbəkələrdə özünün süni müdafiəsinə cəlb etməkdənsə, baş verənlər ətrafında ciddi şəkildə düşünməlidir.
 
Belə olan təqdirdə ortaya sual çıxır: Görəsən, Təhsil Nazirliyi nəyə görə məktəblilərə etdiyi sərgiyə beynəlxalq sərgi adı verib? Və ya Mikayıl Cabbarovun bütün bu olanlardan xəbəri varmi? 
 
Qeyd edək ki, nazir özü də sərgidə iştirak edib və bəzi yerli universitetlərin rektorları ilə görüşüb. 
 



0
XƏBƏR LENTİ