21:39 Bazar Günü, 17 Dekabr 2017
SOSİAL

Öncə bıçaqla hədələyib pul tələb etdilər: sonra könüllü polisə təslim oldular

13:26, 12.08.20171414
Öncə bıçaqla hədələyib pul tələb etdilər: sonra könüllü polisə təslim oldular
Bakıda iki əcnəbi vətəndaşı bıçaqla hədələyib 15000 manat pul vermələrini tələb edən şəxslər könüllü olaraq polis bölməsinə gəliblər.

AZXEBER,COM DİN-ə istinadən xəbər verir ki, avqustun 11-də Nəsimi rayonu ərazisindəki turizm şirkətlərindən birinə gələn 2 nəfər orada işləyən iki əcnəbi vətəndaşın əl-qolunu yapışqanlı lentlə bağlayaraq bıçaqla qorxutmaqla 15000 manat pul vermələrini tələb edib, tələb etdikləri məbləğ olmadığından 3 ədəd mobil telefonu götürərək ofisin qapısını bağlayıb gediblər.

Məlumata görə, hadisəni törədən Bakı şəhər sakini Elvin İsrafilov və Sumqayıt şəhər sakini Cəfər Musayev könüllü olaraq Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinə gəliblər.

E.İsrafilov və C.Musayev adları açıqlanmayan əcnəbilərin həmin şirkətin səyahət paketini almaq üçün onlardan 1500 ABŞ dolları alaraq vədlərinə əməl etmədiklərini bildiriblər.
Faktla əlaqədar cinayət işi başlanılıb.

0
XƏBƏR LENTİ