19:00 Bazar Günü, 21 Oktyabr 2018
İDMAN

Dino Ndlovu "Qarabağ"dan gedir?

16:53, 24.11.20174319
Dino Ndlovu

"Qarabağ"ın futbolçusu Dino Ndlovu Rumıniyanın ÇFR klubunun maraq dairəsinə düşüb.

Kluj şəhər təmsilçisi cənubi afrikalı hücumçunu qış transfer dövründə heyətinə cəlb etmək istəyir.

Amma bunun üçün "dəmiryolçular" 27 yaşlı forvardın Ağdam komandasında qalıb-qalmayacağını müəyyənləşdirmək niyyətindədir. Ndlovunun "Qarabağ"la hazırkı müqaviləsi cari mövsümün sonunda başa çatır. Hələlik ona yeni müqavilə təklif olunmayıb. Bu halda təcrübəli hücumçu qış fasiləsində istənilən klubla danışıq apara bilər.

 

Qeyd edək ki, Dino Ndlovu "Qarabağ"da 2016-cı ilin avqustundan çıxış edir. O, indiyədək bütün yarışlarda 23 qol vurub. ÇFR isə Rumıniya çempionatında 18 turdan sonra 40 xalla liderdir.

///report
XƏBƏR LENTİ