10:03 Bazar Günü, 23 Sentyabr 2018
Maqazin

“Nə ixtiyarı var ki, deyir mən sənətkaram” – Xalq artisti Aygün Bəyləri yıxıb-sürüdü

13:11, 10.01.20189775
“Nə ixtiyarı var ki, deyir mən sənətkaram” – Xalq artisti Aygün Bəyləri yıxıb-sürüdü
ARB TV-nin "Sayqa ilə Bu axşam” proqramının növbəti qonağı Xalq artisti Ceyran Haşımova olub.

AZXEBER.COM xəbər verir ki, xalq artisti Aygün Bəylərin özünə sənətkar deməsini pisləyib. Həmçinin Röya Ayxanın Aygünü məhkəməyə verməsinə də münasibət bildirib:

"O zamanlar yatsaq yuxumuza da girməzdi ki, kimsə kimisə məhkəməyə versinlər. O zamanlar sənət var. Dahilər heç özlərinə sənətkar demirdi. Aygün Bəyləri lap uşaqlıqdan tanıyıram. İstedadını inkar etmək olmaz. Musiqi o qədər canına hopub ki, nə danışdığını da bilmir. Onun nə ixtiyarı var ki, çıxıb deyir ki, mən sənətkaram. Sənətkarı xalq deyər. Sənətkarlar heç özləri haqqında danışmırlar”.
 

XƏBƏR LENTİ