12:13 Bazar Günü, 18 Noyabr 2018
SİYASƏT

Nəcməddin Sadıkov İsrailə getdi

12:10, 23.10.20182350
Nəcməddin Sadıkov İsrailə getdi
Azərbaycan müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov israilli həmkarı general-leytenant Qadi Ayzenkotun dəvəti ilə oktyabrın 23-də Tel-Əviv şəhərinə yola düşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZXEBER.COM-a verilən xəbərə görə, rəsmi səfər çərçivəsində general-polkovnik N.Sadıkovun İsrailin müdafiə naziri, Baş Qərargah rəisi və digər rəsmi şəxslərlə görüşü, müdafiə sənayesi sahəsində fəaliyyət göstərən müəssisələri ziyarət etməsi nəzərdə tutulub.
XƏBƏR LENTİ