02:43 Bazar Günü, 18 Avqust 2019
İDMAN

"Neftçi" "Arsenal"ı darmadağın edərək növbəti mərhələyə yüksəldi

22:27, 01.08.20196388
"Neftçi” UEFA Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyununda "Arsenal”la (Tula, Rusiya) qarşılaşır.

AZXEBER.COM xəbər verir ki, oyun bakılıların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Əvvəlcə, 49-cu dəqiqədə Emin Mahmudovun gözəl ötürməsini Rauf Əliyev məntiqi sonluğa çatdırıb.

Görüşün 89-cu dəqiqəsində isə Dario Federiko "Neftçi”nin ikinci qoluna imza atıb.

Oyunda son nöqtəni Mamadu Mboc qoyub. O, görüşə əlavə edilmiş dəqiqələrdə başla vurduğu zərbə ilə fərqlənib.
XƏBƏR LENTİ